Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin mayı

Bakı, 10 iyun, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 may. Prezident Heydər Əliyev Beynəlxalq Valyuta Fondunun II Avropa Departamenti direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

5 may. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının konsertində iştirak etdi və komandanın üzvləri ilə görüşdü.

6 may. Yeni Azərbaycan Partiyası siyasi şurasının iclasında nitq söylədi.

7 may. Akademik Milli Dram Teatrında “Aydın” pyesinin yeni quruluşda tamaşasına baxdı.

9 may. Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə faşizm üzərində Qələbənin 55-ci ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.

11 may. ABŞ Dövlət Departamentinin yeni müstəqillik qazanmış dövlətlərə yardım üzrə koordinatoru səfir Uilyam Teylorun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

12 may. Yeniyetmələrin II Respublika Oyunlarının açılışı mərasimində çıxış etdi.

18 may. Qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş “İnkişaf Problemləri və Strateji Problemlər” mövzusunda beynəlxalq konfransda iştirak etdi.

19 may. Ukraynanın hökumət nümayəndə heyəti ilə görüşdü.

23 may. Gəncə şəhərinə səfər etdi. Səfər çərçivəsində Yenikənd Su Elektrik Stansiyasının açılışında iştirak etdi, “N” hərbi hissəsinin şəxsi heyəti, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək nitq söylədi.

27 may. Respublika Günü münasibətilə keçirilən təntənəli tədbirdə nitq söylədi.

28 may. Şəhidlər xiyabanını ziyarət etdi.

29 may. Türkiyənin xarici işlər naziri İsmayıl Cəm ilə görüşdü.

1992-ci ilin noyabrında təsis olunmuş Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinə mühüm hadisələrdən biri kimi yazılıb. Ulu Öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın 1990-cı illərin əvvəlində gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən irəli gələn tarixi zərurət idi. Ozamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneələr, aramsız təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Ulu Öndər o günləri xatırlayaraq deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

2000-ci il mayın 6-da Heydər Əliyev Rəşid Behbudov adına Mahnı Teatrında Yeni Azərbaycan Partiyası siyasi şurasının iclasında çıxışı zamanı YAP-ın qurultayında keçən dövrə yekun vurdu və qarşıda duran vəzifələrdən danışdı.

Sitat: “Məmnuniyyətlə qeyd edirəm ki, Yeni Azərbaycan Partiyası yaranandan indiyə qədər, xüsusən 1993-cü ildən sonra bu sahədə çox iş görübdür. Bizim əldə etdiyimiz, dövlətin əldə etdiyi bu nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının çox dəyərli payı var. Ancaq bunlar bugünkü mərhələyə qədər olan məsələlərdir. Bundan sonra dövlətin qarşısında duran vəzifələr, eyni zamanda Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir. Bizim siyasi xətt-hərəkətimiz, dövlətin daxili və xarici siyasəti eynən Yeni Azərbaycan Partiyasının siyasi xəttidir. Bu siyasi xətti də daim inkişaf etdirmək lazımdır”.

Ümummilli Lider Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinə hər zaman həssas münasibət bəsləyir, sənət adamlarına diqqət və qayğı göstərirdi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxu ilə şəxsən tanış idi. Vaxtaşırı olaraq konsertlərə, teatr tamaşalarına baxır, səhnə arxasına keçərək artistlərlə, aktyorlarla söhbət edirdi.

Ulu Öndər 2000-ci il mayın 7-də Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə görkəmli dramaturqun “Aydın” pyesinin yeni quruluşda tamaşasına baxdı. Tamaşadan sonra sənətkarlarla görüşən Ulu Öndər Cəfər Cabbarlı irsini və “Aydın” pyesinin tamaşaya qoyulmasını yüksək qiymətləndirərək dedi: “Cəfər Cabbarlının bu pyesi Azərbaycanın bütün teatrsevərləri, sənətsevərləri üçün həmişə qiymətli, əziz olmuşdur, bu tamaşa həmişə sevinclə qarşılanmışdır. Uzun bir fasilədən sonra siz yenidən bu əsərə qayıtmısınız. Bəlkə burada yenə mənim də bir az xidmətim var ki, mən Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə sərəncam imzaladım, siz də bu sərəncama cavab olaraq onun gözəl əsərlərindən birini hazırladınız və bu gün təqdim etdiniz...

Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Təsadüfi deyil ki, - mənim xatirimdədir - biz onun 80 illik yubileyini çox təntənəli keçirdik. Azərbaycanda, Bakının ən gözəl guşələrindən birində Cəfər Cabbarlının heykəlini ucaltdıq”.

Ulu Öndərin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışı ərəfəsində arxa plana keçmiş 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edildi. Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı, “Veteranlar haqqında” Qanun imzalandı.

2000-ci il mayın 9-da Heydər Əliyev Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 55-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak etdi. Azərbaycan xalqının qələbədəki rolundan danışdı, qəhrəman övladlarımızın xidmətlərini bir daha xatırlatdı.

Sitat: “Azərbaycan da bu müharibədə - Böyük Vətən müharibəsində öz payını vermişdir. Azərbaycanın qəhrəman oğulları vuruşmuş, döyüşmüş, canlarını vermiş, həlak olmuşlar. O vaxt Azərbaycandan 600 minə qədər vətəndaşımız cəbhəyə gedib vuruşmuşdur. Onların təxminən 300 mini geri qayıtmamış, alman faşizmi üzərində qələbə çalmaq üçün canlarını qurban vermişlər, həlak olmuşlar. Azərbaycan xalqının dəyərli nümayəndələri, igid oğulları bu vuruşlarda böyük qəhrəmanlıq nümunələri göstərmişlər...

Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir. O, Sovet İttifaqı Qəhrəmanı adını alıb sonra da döyüşərək, general rütbəsinə çatıb, ondan sonra da döyüşərək qəhrəman kimi həlak olmuşdur. Biz bu gün bu məzarın önündə - Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun məzarının önündə Azərbaycan xalqının bütün qəhrəmanlarının, həyatını qurban vermiş igid oğlan və qızlarının xatirəsini yad edirik”.

İsrail və Azərbaycan xalqlarını uzun illərin dostluq münasibətləri birləşdirir. Yəhudilər Azərbaycanda əsrlər boyu sərbəst yaşamış, öz həyatlarını qurmuşlar. Bu, dövlətlərin də bir-birinə yaxınlaşmasına, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə vəsilə olub. Ulu Öndər mayın 11-də İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etdi. Burada söylədiyi nitqində Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etməsinin zəruriliyini vurğuladı və bir sıra aktual məqamlara toxundu.

X X X

Heydər Əliyevin İsrailin Milli Bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən

• Biz Azərbaycanda İsrail dövlətinə bir dost dövlət və yəhudi xalqına dost xalq kimi baxırıq. Eyni zamanda, İsrailin qonşuları olan ərəb ölkələri də bizim dostlarımızdır. Biz çox arzu edirik ki, Yaxın Şərqdə İsrailin ətrafındakı münaqişə tezliklə başa çatsın və İsrail ilə onun ətrafında olan bütün ərəb ölkələri arasında sülh, əmin-amanlıq yaransın.

• Biz istəyirik ki, o bölgədə İsrail öz müstəqilliyini qoruyub saxlasın, İsrail dövləti bundan sonra da güclənsin və inkişaf etsin. Eyni zamanda, biz istəyirik ki, fələstinlilər də, ərəblər də öz istəklərinə, arzularına çatsınlar, onlar da öz torpaqlarında müstəqil yaşamaq, müstəqil dövlət əldə etmək hüququna nail ola bilsinlər.

• Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar. Azərbaycanlılar heç vaxt onları burada hansısa əcnəbi xalqın nümayəndəsi kimi hesab etməmişlər. Bizim xalqımız heç vaxt unutmayacaqdır ki, Azərbaycanda yaşayan yəhudilər XIX əsrin sonu və XX əsrin əvvəlindən başlayaraq indiyə qədər Azərbaycan elminin, mədəniyyətinin, səhiyyəsinin, iqtisadiyyatının, sənayesinin inkişafında böyük xidmətlər göstərmiş və çox silinməz izlər qoymuşlar.

• Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan xalqı heç vaxt heç bir millətə qarşı pis niyyətlər, mənfi münasibət göstərən xalq deyildir. Məhz buna görə də yəhudilər Azərbaycanda əsrlər boyu sərbəst yaşamış, öz həyatlarını qurmuş, Azərbaycanın həyatının bütün sahələrində fəaliyyət göstərmiş və Azərbaycanın inkişafında fəal iştirak etmişlər.

• Bu gün də müstəqil dövlətimizdə yəhudilər Azərbaycanın bərabər hüquqlu vətəndaşları kimi yaşayırlar. Onlar burada öz ölkələri, vətənlərində olduğu kimi yaşayırlar. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmiz ilə İsrail arasında hökumətlərarası əlaqələr daim inkişaf etmişdir.

• Biz bu əlaqələrin gələcəkdə də inkişaf etməsini istəyirik, bunun üçün öz tərəfimizdən lazımi tədbirlər görürük və görəcəyik. Ümidvaram ki, İsrail-Azərbaycan əlaqələri get-gedə genişlənəcək və hər iki tərəfə fayda verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir