Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin dekabrı

Bakı, 1 sentyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

5 dekabr. Prezident Heydər Əliyev İranın Azərbaycandakı səfiri Əhəd Qəzaini qəbul etdi.

6 dekabr. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson ilə görüşdü.

7 dekabr. Çinin Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində nitq söylədi.

9 dekabr. Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilmiş tədbirdə çıxış etdi.

11 dekabr. ABŞ-ın Azərbaycandakı səfirliyində Nyu-Yorkdakı 11 sentyabr faciəsi qurbanlarının xatirəsini yadetmə mərasimində nitq söylədi.

“Şevron-Teksako” korporasiyasının vitse-prezidenti Riçard Matskeni qəbul etdi.

15 dekabr. ABŞ müdafiə naziri Donald Ramsfeld ilə görüşdü.

17 dekabr. Ramazan bayramı münasibətilə müsəlman dövlətlərinin Azərbaycandakı səfirlərini qəbul etdi.

18 dekabr. Respublikanın kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdü.

19 dekabr. ABƏŞ-in və BP Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvordu qəbul etdi.

25 dekabr. Xalq şairi Rəsul Rzanın 90 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etdi.

28 dekabr. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

29 dekabr. Maştağa qəsəbəsində Olimpiya İdman Mərkəzinin açılışında nitq söylədi.

31 dekabr. Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etdi.

X X X

Prezident Heydər Əliyev Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərinin inkişafına xüsusi önəm verir, bunu olduqca vacib hesab edirdi. Bu gün yüksək səviyyədə olan Azərbaycan-Çin əlaqələrinin təməli də məhz həmin dövrdə qoyulub. 2001-ci il dekabrın 7-də Çinin Bakıdakı səfirliyinin yeni binasının açılış mərasimdə nitq söyləyən Ulu Öndər bu hadisəni iki ölkə arasında dostluğun rəmzi, Çinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi kimi qiymətləndirdi, əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi naminə səfirliyin öz vəzifələrini daha uğurla yerinə yetirəcəyinə əminliyini bildirdi.

Sitat: Bu bina, həqiqətən Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluğun rəmzidir. ... Çin Xalq Respublikası öz səfirliyinin fəaliyyəti üçün yaxşı şərait yaratmışdır və deməli, öz səfirliyinə böyük əhəmiyyət verir. Bu, həm də o deməkdir ki, Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət verir.

Əminəm ki, səmərəli fəaliyyət üçün belə gözəl imkanlara malik olan Çin səfirliyi, əvvəla, öz vəzifələrini daha uğurla yerinə yetirəcək, ikincisi, - bu isə bizim üçün təbii olaraq çox vacibdir, - Çin Xalq Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi naminə daha fəal işləyəcəkdir.

Qeyd edək ki, müstəqil Azərbaycan ilə Çinin münasibətlərinin formalaşmasında Ulu Öndərin mühüm xidmətləri zaman-zaman minnətdarlıq hissi ilə xatırlanır. Prezident İlham Əliyevin bu il Çinin “China Media Group” media korporasiyasına müsahibəsi zamanı müxbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu xidmətlərini bir daha vurğuladı: “Bu il mərhum atanız Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, təkcə Ulu Öndər və müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olub... Atanız Çinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə o, sadə çinli ailələrlə görüşüb və onların həyatı ilə maraqlanıb. Çinli məktəblilərlə görüşüb və bölgələrə səfərlər edib”.

Ötən dövr ərzində Azərbaycan-Çin münasibətləri durmadan inkişaf edib. İki ölkənin liderlərinin qarşılıqlı səfərləri və görüşləri bu əlaqələri daha da gücləndirib. Prezident İlham Əliyev “China Media Group” media korporasiyasına müsahibəsində son zamanlar Azərbaycan-Çin münasibətlərinin daha da intensivləşdiyini vurğulayaraq deyib: “Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib. Əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır”.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər uşaqları tükənməz məhəbbətlə sevir, onlara böyük diqqət və qayğı göstərirdi. 2001-ci il dekabrın 9-da Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilmiş şənlikdəki çıxışında vurğuladı ki, müstəqil Azərbaycanda uşaqlara qayğı, diqqət, sevgi, məhəbbət hər şeydən üstündür və hər şeydən də irəlidədir: “Bu mənim üçün belədir. Hesab edirəm ki, vətənini, ölkəsini, dövlətini sevən hər bir insan uşaqlara belə münasibət göstərməlidir. Belə günlərdə biz bir daha görürük ki, Azərbaycan xalqı böyük istedadlara malik olan bir xalqdır. Bu istedadlar da Azərbaycan xalqının kökündən, soyundan gəlir, onun genetik xüsusiyyətləri ilə bağlıdır. Bunları sübut edən sizin bu gözəl çıxışlarınız, geniş istedadınız, çoxtərəfli bacarığınızdır”.

Ulu Öndər çıxışı zamanı ölkəmizdə, həmçinin qaçqın və köçkün çadırlarında uşaqların yaşadığını qeyd etdi və ümumiyyətlə, çətin şəraitdə olan uşaqların vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin əlindən gələni edəcəyini bildirdi: “Doğrudur, uşaqların hamısı eyni vəziyyətdə deyildir. Biz sizinlə burada, bu salonda olduğumuz zaman çadır düşərgələrində yerindən-yurdundan didərgin düşmüş köçkün-qaçqın ailələri yağışın altında yaşayırlar. Uşaqlar da orada böyüyürlər... Başqa səbəblərə görə də çətin şəraitdə yaşayan uşaqlarımız var. Belə vəziyyət bizi incidir, bizi narahat edir. Biz çalışırıq ki, hər bir uşağın həyat şəraiti yaxşı olsun, normal olsun. Biz buna get-gedə nail oluruq və nail olacağıq”.

Azərbaycanda uşaqlara qayğı, onların təhsili və inkişafı üçün hər cür şərait yaradılması bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda vurğulandığı kimi, uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri çərçivəsində uşaqların təhsili və inkişafı üçün lazımi infrastruktur yaradılması da ön plandadır.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşılaşdığı problemləri tədricən həll edir, çətinlik və maneələri aradan qaldıraraq gələcəyə doğru inamlı addımlar atırdı. 2001-ci il dekabrın 31-də xalqa Yeni il təbrikində Ulu Öndər qazanılan uğurlarla yanaşı, qarşıda duran vəzifələri də diqqətə çatdırdı.

Sitat: 2002-ci ildə bizim qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr müəyyən olunubdur. Birinci növbədə, qəbul olunmuş dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafının irəliyə getməsini təmin edəcəkdir. Bildirmək istəyirəm ki, büdcənin xərclərinin 63 faizi sosial sahəyə yönəldilibdir və sosial problemlərin həll olunmasına həsr olunacaqdır. Bizim iqtisadi siyasətimiz ümumən sosialyönlü xarakter daşıyır və bu, həm 2001-ci ildə həyata keçirilmişdir, həm də 2002-ci ilin büdcəsi də məhz sosial yönümlü dövlət büdcəsidir. Beləliklə, biz birinci növbədə, xalqın rifah halını yaxşılaşdırmağa və sosial problemləri həll etməyə çalışırıq. Bunlarla bərabər, bizim bir çox problemlərimiz də var. Biz bu problemləri ardıcıl surətdə həll edirik. 2002-ci ildə də onların həll edilməsi bizim əsas vəzifələrimizdən biridir”.

Heydər Əliyev, Yeni il təbrikində, həmçinin Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunacağına, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına inamını dilə gətirdi: “Bu problem nə qədər çətin olsa da, mən hesab edirəm ki, bu münaqişə həll olunacaq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evlərinə, öz doğma torpaqlarına qayıdacaqlar”.

Ulu Öndərin bu inamı büsbütün doğruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində Azərbaycan torpaqları 30 illik işğaldan azad edildi. Hazırda həmin torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı inamla reallaşdırılır, bu yerlərə yenidən həyat qayıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kolumbiyada türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğrayıb

ABŞ Prezidenti: Ölkədə faiz dərəcələri həddindən artıq yüksəkdir

Kanada Britaniyanın rəhbərlik etdiyi hərbi koalisiyaya qoşulmaq üçün müraciət edib

Tramp Kanada ilə münasibətlərə görə Avropaya güclü tariflər tətbiq edəcəyini açıqlayıb

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

La Liqa: “Barselona” 3 xalı darmadağınla qazanıb

Litva yığmasının Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqlanıb

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

Lənkəranda ağır qəzada 2 nəfər həyatını itirib - YENİLƏNİB

Gələn il Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb

Livanın Baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib