Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin iyulu

Bakı, 4 avqust, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X  X  X

3 iyul. Prezident Heydər Əliyev ABŞ Ticarət Palatası İdarə Heyətinin üzvləri ilə görüşdü.

4 iyul. ABŞ-ın İstiqlaliyyət Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış etdi.

6 iyul. Görkəmli elm, mədəniyyət, tibb və idman xadimlərinin bir qrupuna “İstiqlal” və “Şöhrət” ordenlərinin təqdimetmə mərasimində nitq söylədi.

7 iyul. Sumqayıtdakı etilen-polietilen zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimində iştirak etdi.

11 iyul. Latviyanın xarici işlər naziri İndulis Berzinş ilə görüşdü.

12 iyul. Portuqaliyanın xarici işlər naziri Joze Jaymi Matuşda Da Qamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

14 iyul. Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Yohannes Linnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

15 iyul. “Zuğulba” dövlət iqamətgahında xarici KİV rəhbərlərini qeyri-rəsmi şəraitdə qəbul etdi.

21 iyul. Təhlükəsizlik Şurasının iclasında nitq söylədi.

23 iyul. Almaniyanın Azərbaycandakı səfiri Kristian Zibeki qəbul etdi.

26 iyul. ABŞ Dövlət katibinin Xəzər hövzəsinin enerji məsələləri üzrə müşaviri Stiven Mən ilə görüşdü.

X  X  X

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə elm, mədəniyyət, tibb və idman xadimlərinin fəaliyyətinə geniş imkanlar yaradır, onların işini yüksək qiymətləndirir və mükafatlandırırdı. 2001-ci il iyulun 6-da görkəmli elm, mədəniyyət, tibb və idman xadimlərinin bir qrupuna “İstiqlal” və “Şöhrət” ordenlərinin təqdimetmə mərasimi keçirildi. Ümummilli Liderin dediyi kimi, mərasimdə tam səmimi və bəlkə də, qeyri-rəsmi, sadə bir əhval-ruhiyyə hökm sürürdü. Bunun səbəbini Ulu Öndər belə izah etdi: “Azərbaycanın Prezidenti olaraq mən, eyni zamanda, heç Prezident olmasam da, hələ gənc vaxtlarımdan elmə, mədəniyyətə, təhsilə həmişə yüksək qiymət vermişəm. Keçmişdə Azərbaycanda işlədiyim illərdə, yaxud Sovetlər Birliyinin rəhbərliyində olduğum dövrdə və indi son səkkiz ildə Azərbaycanın Prezidenti vəzifəsini daşıyaraq, mən bu sahəni həmişə özüm üçün öncül sahə, yəni xüsusi əhəmiyyət kəsb edən sahə hesab etmişəm. Ona görə də məni bu gün buradakı görüş, aldığınız mükafatlar sizi nə qədər sevindirirsə, - mən mükafat almıram, - sizinlə görüşmək, sizi yenidən belə yaxından görmək, sizinlə danışmaq, söhbət etmək, hətta zarafat etmək məni də sevindirir”.

Ümummilli Lider böyük xidmətlər göstərmiş, öz sahəsində xalqın inkişafına töhfələr vermiş, eyni zamanda, neçə-neçə gənc mütəxəssis yetişdirmiş yaradıcı insanların əməyini xüsusilə qiymətləndirirdi. Həmin görüşdə Ulu Öndər bu xüsusda fikirlərini dilə gətirdi.

Sitat: Sizin hər biriniz - görürəm ki, burada 80 yaşında da, 70 yaşında da olan adamlar var, aşağı yaşda olanları demirəm, 50 yaşında bir neçə nəfər var, qalanların hamısı bundan artıq yaşdadır, - siz nə qədər yol keçmisiniz. Hər birinizin arxanızda xidmətiniz durur... Sizin hər biriniz öz işinizdə şəxsiyyətsiniz. Hər biriniz öz yaradıcılığınızla, öz elmi əsərlərinizlə, fəaliyyətinizlə yüzlərlə, minlərlə insana fayda vermisiniz. Bu gün də verirsiniz, gələcəkdə də fayda verəcəksiniz. Ona görə də bu gün istərdim, sizə xüsusi çatdırım ki, - görürəm, bəzilərinə oturmaq çətindir, bəzilərinə hərəkət etmək çətindir - mən nə qədər sevinirəm ki, bu insanlar hələ yaşayır. Sevinirəm, çünki mənə müyəssər olubdur ki, bu insanların gördüyü işləri qiymətləndirim, onları təltif edim və bu ordenləri şəxsən onların özlərinə təqdim edim.

Prezident Heydər Əliyevin fəaliyyətində bir nömrəli məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yorulmadan çalışır, eyni zamanda, beynəlxalq təşkilatların bu sahədə passivliyini sərt tənqid edirdi.

2001-ci ilin iyulunda Portuqaliyanın xarici işlər naziri Joze Jaymi Matuş Da Qama, eyni zamanda, növbəti ildə ATƏT-ə sədrlik edəcək dövlətin nümayəndəsi kimi Azərbaycanda səfərdə oldu. Portuqaliyalı naziri qəbul edən Ulu Öndər onun bu səfərinin əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, tənqidi fikirlərini də söylədi. Lissabon sammitindən beş il keçməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həllini tapmadığını vurğulayan Heydər Əliyev ATƏT-ə sədrlik edəcək dövlətin bu məsələ ilə məşğul olmasının vacibliyini, bu təşkilatın prinsiplərinin Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırdı. Bildirdi ki, ATƏT-in əsas prinsipləri hər bir dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və beynəlxalq hüquq normalarına riayət edilməsidir. Ancaq Ermənistan bu prinsiplərə məhəl qoymur, ATƏT isə buna biganədir.

Sitat: Əgər ATƏT 1992-ci ildə bu münaqişənin həll olunması üçün xüsusi Minsk qrupu yaradıbsa, deməli, bu vəzifəni öz üzərinə götürübsə, bu vəzifəni həyata keçirmək üçün gərək birinci növbədə beynəlxalq hüquq normaları əsas götürülsün, ATƏT-in əsas prinsiplərindən olan hər bir ölkənin ərazi bütövlüyü əsas götürülsün, sərhədlərin toxunulmazlığı əsas götürülsün. Azərbaycan bu prinsipləri pozmayıbdır. Biz Ermənistanın ərazi bütövlüyünü pozmamışıq, onun sərhədlərini pozmamışıq və beynəlxalq hüquq normalarına riayət edirik. Amma o biri tərəf - Ermənistan beynəlxalq hüquq normalarını, ATƏT-in prinsiplərini pozub, Azərbaycan ərazisinin 20 faizini işğal edibdir və indi də işğal altında saxlayır. İşğal olunmuş yerlərdən 1 milyondan artıq azərbaycanlını zorla çıxarıbdır.

Belə olan halda ATƏT ya gərək öz prinsiplərindən imtina etsin, ya da öz prinsiplərinin həyata keçirilməsini təmin etsin. Təəssüflər olsun ki, bu müddətdə ATƏT, onun Minsk qrupu həmin o prinsiplərin burada, bizim bölgədə təmin edilməsi məsələsi ilə ciddi məşğul olmur.

Qeyd edək ki, istər ATƏT-in Minsk qrupunun, istərsə də digər beynəlxalq təşkilatların fəaliyyətsizliyi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi 30 il həll edilməmiş qaldı. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü özü təmin etməli oldu. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, bununla da BMT-nin dörd qətnaməsi hərbi-siyasi yolla icra olundu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir