Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin mayı

Bakı, 19 sentyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X  X  X

2 may. Prezident Heydər Əliyev sərbəst güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak etdi.

Bakıda keçirilən “Azərbaycanın milli mədəni və təbii irsinin qorunub saxlanılması - Milli parklar proqramı” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşdü.

7 may. Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi.

8 may. Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru ilə görüşdü.

9 may. Qələbə bayramı münasibətilə keçirilən mərasimdə çıxış etdi.

Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etdi.

14 may. Ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşdə nitq söylədi.

16 may. ABŞ-ın Xəzər hövzəsinin enerji diplomatiyası üzrə səfiri Stiven Məni qəbul etdi.

18-20 may. İran İslam Respublikasında rəsmi səfərdə oldu.

22 may. Roma Papası II İoann Pavelin Azərbaycanın din, elm və incəsənət xadimləri ilə görüşündə nitq söylədi.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd Əl-Baradeini qəbul etdi.

24 may. BP şirkətinin kəşfiyyat və istehsalat üzrə baş direktoru Dik Olverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

25 may. Respublika Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.

28 may. Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdi, paytaxta qısa gəzintiyə çıxdı.

29 may. Türkiyə Baş nazirinin baş müşaviri, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin İdarə heyətinin sədri Namiq Kamal Zeybəki qəbul etdi.

X  X  X

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə qardaş Türkiyə ilə əlaqələr aybaay, ilbəil möhkəmlənirdi. 2002-ci ilin mayında Türkiyə Baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalının rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri bu istiqamətdə növbəti addım oldu. Nümayəndə heyətini qəbul edən Prezident Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin sürətli inkişafından məmnunluğunu ifadə edərək “Bir millət, iki dövlət” anlayışının reallığa çevrildiyini vurğuladı.

Sitat: “Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra sürətlə - hər gün, hər ay, hər il inkişaf edir. Bu təbiidir. Bu həm Türkiyənin istəyidir, türk xalqının istəyidir, həm də Azərbaycanın istəyidir, Azərbaycan xalqının istəyidir. Ölkələrimiz xalqlarımızın tarixi kökləri, qədim dostluq-qardaşlıq əlaqələri üzərində, milli-mənəvi dəyərləri, ənənələri üzərində dövlətlərarası əlaqələri qurublar. Biz iki dövlət baş-başa verib bu əlaqələri inkişaf etdiririk. Bir millət, iki dövlət - bu, artıq həqiqətə çevrilibdir. Belə də var və bu da bizim əlaqələrimizin əsas forması olubdur”.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra II Dünya müharibəsinin veteranlarına münasibət yaxşılığa doğru dəyişdi. Ulu Öndər demək olar hər il mayın 9-da - faşizm üzərində qələbə günündə veteranlarla görüşür, onlara təbriklərini çatdırırdı. 2002-ci il mayın 9-da Qələbə Günü münasibətilə keçirilən mərasimdəki çıxışında da xalqımızın qəhrəman övladlarının ön və arxa cəbhədə göstərdikləri fədakarlıqları bir daha vurğulayaraq, Azərbaycanın qələbədəki rolundan söhbət açdı: “Azərbaycan xalqı Sovetlər İttifaqının tərkibində ikinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın 600 minə qədər vətəndaşı cəbhəyə göndərilmişdir. Onlar qəhrəmancasına vuruşmuş, yarısından çoxu geriyə dönməmiş, özlərini qurban vermiş, həlak olmuşdur... Azərbaycan xalqı faşizm üzərində qələbəyə arxa cəbhədə də böyük töhfələr vermişdir. O illərdəki müharibə motorlar müharibəsi idi. Tanklar, təyyarələr, maşınlar müharibəsi idi. Bunların hamısı üçün birinci növbədə yanacaq lazım idi. O illərdə Sovetlər İttifaqında neftin 75 faizindən çoxu Azərbaycanda hasil olunurdu, burada emal edilirdi və böyük çətinliklərlə cəbhəyə göndərilirdi. Ona görə biz faşizm üzərində qələbənin 57-ci ildönümünü qeyd edərkən, eyni zamanda, bu qələbənin əldə olunmasında arxa cəbhədə fədakarlıqla çalışmış Azərbaycan övladlarının da xidmətlərini xüsusi vurğulayırıq”.

Heydər Əliyevın adı Azərbaycan tarixinə həm də islahatçı prezident kimi yazılıb. O, bazar iqtisadiyyatına keçid istiqamətində yetərincə prinsipiallıq və qətiyyət nümayiş etdirirdi. Eyni zamanda, respublikada əlverişli investisiya mühiti yaradılır, xarici investorlar üçün yaşıl işıq yandırılırdı. Bu siyasətin davamı olaraq Heydər Əliyev 2002-ci mayın 14-də ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşdü. Görüşdəki nitqində bazar iqtisadiyyatını təmin etmək məqsədilə 1995-1996-cı illərdən etibarən həyata keçirilən müxtəlif tədbirlərdən və bunu zəruri edən amillərdən danışaraq dedi: “Azərbaycana xarici sərmayənin cəlb olunmasının əhəmiyyəti artıq bizim cəmiyyətimiz üçün məlumdur. Bunu sizə izah etməyə də ehtiyac yoxdur. Bazar iqtisadiyyatını təmin etmək üçün qarşımızda özəlləşdirməni aparıb, əmlakı şəxsi mülkiyyətə verib özəl sektorun inkişafını təmin etmək vəzifəsi dururdu. Ancaq bunu təmin etmək, sürətləndirmək üçün Azərbaycana xarici sərmayənin, müasir texnologiyanın, müasir idarəetmə sisteminin və bazar iqtisadiyyatının qabaqcıl ölkələrdə əldə etdiyi nümunələrinin gətirilməsi zərurəti vardı”.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək boru nəqliyyat infrastrukturunun yaradılması qarşıda daha bir mühüm vəzifə kimi dayanırdı. Ulu Öndər Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideya tərəfdaş ölkələr, o cümlədən ABŞ tərəfindən dəstəkləndi. Lakin bəzi qüvvələr buna qarşı çıxır, əks-təbliğat apararaq süni maneələr yaratmağa cəhd göstərirdilər. Heydər Əliyevin siyasi iradəsinin və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq müqavimət dəf edildi və BTC həyata vəsiqə aldı.

2002-ci il mayın 16-da Heydər Əliyevlə ABŞ-ın Xəzər hövzəsinin enerji diplomatiyası üzrə səfiri Stiven Mənn arasında baş tutmuş dialoq BTC barədə həqiqətlərə işıq salmaq baxımından səciyyəvidir. Bunu nəzərə alaraq həmin maraqlı söhbətin bəzi məqamlarını diqqətə çatdırırıq.

S t i v e n M ə n n: Biz Azərbaycanın neft və qaz yataqlarının istismar edilməsi prosesini böyük maraqla izləyirik. Fərəh hissi ilə demək istəyirəm ki, Amerika Birləşmiş Ştatları yeni boru kəmərlərinin çəkilməsində Azərbaycanla tərəfdaşdır.

Beləliklə, mən buraya gəlmişəm ki, boru kəmərlərinin inşasına başlanmazdan əvvəlki bu son həftələr müddətində Azərbaycanla sıx işləyim və bu layihənin irəli getməsinə, onun tezliklə həyata keçirilməsinə kömək edim.

H e y d ə r Ə l i y e v: Çox gözəl. Siz bilirsiniz ki, biz bu layihənin üzərində uzun illərdir işləyirik. Bu layihəni çox ağır şəraitdə həyata keçirməkdə Amerika Birləşmiş Ştatları bizə daim dəstək veribdir. Xatırlayıram, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları 1999-cu ildə İstanbulda Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası haqqında müqaviləni imzalayarkən... ona Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klinton da imza atdı. Biz 1994-cü ildən bu layihənin üzərində işləyirdik və nəhayət, 1997-ci ildə bu barədə saziş imzaladıq. Ondan sonra bizim işimizin ikinci mərhələsi başladı. Biz onu da uğurla keçdik. İndi üçüncü mərhələdir, inşaata başlayırıq.

Bilirsiniz ki, indi də Bakı-Tbilisi-Ceyhana xor baxanlar var. Bəziləri deyirlər ki, bu, baş tutmayacaqdır. Onlar öz arzuladıqlarını deyirlər. İnandırmaq istəyirlər ki, onların arzuları doğrudur. Ona görə Bakı-Tbilisi-Ceyhan boru xəttinə dünyada daim çox böyük maraq, böyük diqqət, eyni zamanda, müxtəlif tərəflərdən müqavimət var. Ona görə sizin xüsusi olaraq bu məsələ üçün Azərbaycana gəlməyiniz və bununla məşğul olmağınız məni çox sevindirir. Biz bu layihəni yerinə yetirəcəyik. Buna mənim heç bir şübhəm yoxdur.

S t i v e n M ə n n: ... Artıq neft sənayesinə və eləcə də dünyaya yaxşı məlumdur ki, Bakı-Tbilisi-Ceyhan layihəsi işə düşəcəkdir. Əlbəttə, bu layihəyə müqavimət var. Cənab Prezident, lakin mənim iqtisadi, həm də intellektual dəlillərim vardır ki, Bakı-Tbilisi-Ceyhan

layihəsi yalnız Azərbaycana deyil, həm də bütün regiona xeyir verəcəkdir. Bu, Avrasiya üçün iqtisadi yüksəliş və inkişaf yoludur. Köhnə sovet inhisarı geridə qalmışdır. Azərbaycan xarici sərmayələri ölkəyə cəlb etməklə özü iş görür. Bunun ən bariz təzahürü Şərq-Qərb dəhlizinin yaranmasıdır. Cənab Prezident, beləliklə, Sizin qəbul etdiyiniz qərarlara və müəyyən etdiyiniz yola bizim ölkədə böyük hörmət vardır.

H e y d ə r Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Mən bir də qeyd edirəm ki, bu, ölkəmiz üçün çox böyük əhəmiyyətlidir ki, biz irəli gedəndə qarşımıza çıxan maneələrin hamısını dəf edə bilək.

Bilirsiniz ki, biz - Xəzəryanı ölkələrin dövlət başçıları Aşqabadda görüş keçirdik. Mən cənab Uilsona da bu barədə məlumat vermək istəyirdim, lakin vaxtım yox idi. Hesab edirəm ki, bu görüş çox yaxşı oldu. Heç bir qərar qəbul etmədik. Ancaq özlüyündə ilk dəfə

keçirilən bu görüş çox əhəmiyyətli oldu. Çünki Xəzəryanı dövlətlər öz mövqelərini orada açıq-aydın, tək yox, mətbuata yox, bir-birlərinə bildirdilər. Azərbaycanın, Rusiyanın və Qazaxıstanın mövqeləri bir-birinin eyni oldu. Türkmənistan, İran isə başqa bir mövqedə oldular. Hər halda, hamıya aydın oldu ki, bu barədə kim hansı mövqedədir, kim nə istəyir. Mən bundan çox məmnunam. Bir şey həll etmədiksə də, bir-birimizə öz sözümüzü dedik... Beləliklə, Xəzərin statusu həll olunmayıbsa da, bu məsələdə irəliləyiş davam edir.

S t i v e n M ə n n: Cənab Prezident, elə bilirəm ki, Siz Rusiya və Qazaxıstana artıq göstərmisiniz ki, insanlar yalnız inzibati bölgü nöqteyi-nəzərindən fikirləşməməlidir, eyni zamanda, iqtisadi maraqları da nəzərə almalıdırlar. Cənubi Qafqazda bu məsələ çox gərgindir. Lakin elə hesab edirəm ki, diplomatiya, ağıl və dözümlülük vasitəsilə Cənubi Qafqazda da buna nail olmaq mümkündür.

Sizin səylərinizi, eləcə də digər ölkələrin - Türkmənistanın, Qazaxıstanın, Rusiyanın səylərini Amerika Birləşmiş Ştatları hansı bir vasitə ilə dəstəkləyə, kömək edə bilərsə, biz bunu etməkdən çox xoşbəxt olarıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kolumbiyada türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğrayıb

ABŞ Prezidenti: Ölkədə faiz dərəcələri həddindən artıq yüksəkdir

Kanada Britaniyanın rəhbərlik etdiyi hərbi koalisiyaya qoşulmaq üçün müraciət edib

Tramp Kanada ilə münasibətlərə görə Avropaya güclü tariflər tətbiq edəcəyini açıqlayıb

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

La Liqa: “Barselona” 3 xalı darmadağınla qazanıb

Litva yığmasının Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqlanıb

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

Lənkəranda ağır qəzada 2 nəfər həyatını itirib - YENİLƏNİB

Gələn il Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb

Livanın Baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib