Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin iyun-dekabrı

Bakı, 12 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 iyun. Prezident Heydər Əliyev Böyük Britaniyanın Energetika və Sənaye nazirini qəbul etdi.

Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı Şener Eruygurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

4 iyun. ABŞ Dövlət Departamentinin Xəzərin enerji diplomatiyası üzrə müşaviri Stiven Mənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

7 iyun. Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul etdi.

11 iyun. Türkiyənin səhiyyə naziri Rəcəb Akdağı qəbul etdi.

14 iyun. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonla görüşdü.

18 iyun. Yunanıstan xarici işlər nazirinin müavinini qəbul etdi.

4 iyul. Türkiyənin ədliyyə naziri Cəmil Çiçəklə görüşdü.

8 iyul. Avropa İttifaqının nümayəndə heyətini qəbul etdi.

Təhlükəsizlik Şurasının iclasını keçirdi.

“Gülhanə” Hərb Tibbi Akademiyasında tibbi müayinədən keçmək üçün Ankaraya yola düşdü.

4 avqust. Milli Məclisə müraciət göndərərək İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında məsələnin müzakirəsini tövsiyə etdi.

6 avqust. Müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-ın Klivlend şəhərinə getdi.

1 oktyabr. Azərbaycan xalqına müraciət edərək prezident seçkilərində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi və seçkilərdə onun namizədliyini dəstəkləməyə çağırdı.

12 dekabr. Heydər Əliyev Bakı vaxtı ilə saat 19:00-da Klivlend klinikasında vəfat etdi.

14 dekabr. Heydər Əliyevin cənazəsi Bakıya gətirildi.

15 dekabr. Respublika Sarayında Heydər Əliyevlə ümumxalq vidalaşma mərasimi keçirildi.

Heydər Əlirza oğlu Əliyev Fəxri xiyabanda dəfn olundu.

X X X

Ulu Öndər həyatda olmasa da, mənən xalqı ilə birlikdədir

Heydər Əliyev xalqa bağışladığı ömrünün son aylarına, son günlərinə qədər doğma Vətənin gələcəyini, xalqının taleyini düşünürdü. Səhhətində ciddi problemlər yaşandığı bir vaxtda - 2003-cü il oktyabrın 1-də Klivlenddən Azərbaycan xalqına tarixi müraciəti bunun bariz sübutudur.

Ulu Öndər müraciətində qeyd edirdi ki, istər bir azərbaycanlı və vətəndaş, istərsə də prezident kimi, həyat amalı yalnız bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqına arxalanıb. Ona dözüm və iradə verən, bütün uğurlarını təmin edən məhz bu amil olub.

Müraciətdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış problemlərə toxunulur, milli dövlətçiliyimizin dağıdılması cəhdlərinin qarşısının alınması, dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ictimai-siyasi sabitliyə nail olunması, respublika iqtisadiyyatının inkişaf yoluna çıxarılması, taleyüklü bir çox digər məsələlərin həlli tarixi nailiyyət kimi dəyərləndirilirdi. Heydər Əliyev əminliklə bildirirdi ki, Azərbaycanın pozulmuş ərazi bütövlüyü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemi də mütləq öz həllini tapacaq.

Sitat: 1990-1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik. Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik. İlk növbədə, dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik. Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq”.

Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşamışdı. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçmişdi. Lakin hələ tamamlanmamış, axıra çatdıra bilmədiyi planları vardı. Son vaxtlar səhhətində yaranan problemlər başladığı bütün işləri tamamlamağa imkan vermirdi. 2003-cü ilin prezident seçkilərində iştirak etmək üçün onun da namizədliyi irəli sürülmüşdü. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq Heydər Əliyevin təbliğatını aparırdı.

Bu və digər məqamların yer aldığı müraciətində Ulu Öndər onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına dərin təşəkkürünü bildirərək namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri İlham Əliyev başa çatdıracaq.

Sitat: Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Belə də oldu. Ötən 20 il Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi. Eyni zamanda, onun təsdiqi oldu ki, cismani yoxluğuna baxmayaraq, Heydər Əliyev mənən öz xalqı ilə birlikdədir.

Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin tamamlaya bilmədiyi işləri məntiqi sonluğuna çatdırdı

2003-cü ilin oktyabrında müdrik xalqımız yenə düzgün seçim edərək hakimiyyət sükanı arxasına Ulu Öndərin siyasi varisi İlham Əliyevi gətirdi, taleyini ona etibar etdi.

Prezident İlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində qüdrətli, dünyada sözü keçən yeni bir Azərbaycan qurdu. Vaxtilə xəyal kimi görünən arzuları reallığa çevirdi, Ulu Öndərin tamamlamağa imkan tapmadığı işləri məntiqi sonluğuna çatdırdı.

Dünya tarixinə nəzər salsaq görərik ki, bəzi dövlətlərin bir əsrdə keçdiyi yolu Azərbaycan 20 ildə keçib. Bu, Ulu Öndərimizin həmişəyaşar ideyaları, Prezident İlham Əliyevin nəticəyə hesablanmış qərarları, dünyadakı mövcud reallıqlara adekvat siyasəti, çevik diplomatik gedişləri sayəsində mümkün olub.

Azərbaycanın son 20 ildə qazandığı uğurların zirvəsində Qarabağ Zəfəri dayanır. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın yurd həsrətinə son qoydu, Azərbaycanı qalib ölkəyə çevirdi. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Azərbaycan Prezidenti müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur, sənaye parkları yaradılır. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.

Son 20 il Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlarla da səciyyəvidir. Ölkə həyatının bütün sahələrini əhatə edən, inqilabi xarakter daşıyan islahatlar strategiyası Azərbaycanı tanınmaz dərəcədə dəyişdirib, modernləşdirib, idarəetmədə yeni konfiqurasiya yaradıb.

Azərbaycan bu gün dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələri sırasında yer alır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlanğıcı qoyulan bu inkişaf yolu sonrakı dövrdə Xəzər dənizini Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Asiya və Avropa arasında yük daşımaları üçün mühüm qovşaq olan Bakı-Tbilisi-Qars dəmir yolu, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz dəhlizi layihələri ilə davam edib. Təşəbbüskarı bilavasitə Prezident İlham Əliyev olan bu nəhəng transmilli energetika və nəqliyyat layihələri Azərbaycanı dünya iqtisadiyyatında mühüm oyunçuya çevirib.

Xarici siyasətə gəlincə, ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi istiqamətində göstərilən səylər öz bəhrəsini verib. Müasir dünya siyasətinin incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin çevik diplomatik gedişləri nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu da öz növbəsində Azərbaycanın pozulmuş ərazi bütövlüyü məsələsini beynəlxalq gündəliyinə çıxarmaq imkanını daha da genişləndirdi.

Eyni zamanda, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik və Prezident İlham Əliyevin bu çərçivədəki qlobal təşəbbüsləri həm respublikamızın, həm də Hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsinə vəsilə oldu. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəyi ölkəmizə qarşı bəzi ədalətsiz qərarların qarşısının alınmasında mühüm rol oynadı.

Ulu Öndərin ən böyük arzularından biri Türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Bu ideyanı irəlilədən Azərbaycan Prezidenti Türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, öncüllük nümayiş etdirir. Həmçinin qardaş Türkiyə ilə münasibətlər dərinləşərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki işğal altındakı torpaqlarımız azadlığına qovuşub. Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib. Xalqımız əmindir ki, bu zəfərlərin davamı gələcək, Ulu Öndərin parlaq ideyalarının işığında yeni-yeni uğur zirvələri fəth ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib