XALQA HƏSR OLUNMUŞ ÖMÜR
Əvvəlcə ulu öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon mərkəzi kitabxanasının direktoru Nazim Fərəməzov toplantını açaraq, bütün ömrünü öz xalqının, millətinin xoşbəxt gələcəyinə həsr edən, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illəri ölkəmizin tarixində intibah dövrü kimi qiymətləndirmişdir.
Sonra rayon icra hakimiyyətinin şöbə müdiri Azər Abdullayevin “Azərbaycanın tarixində Heydər Əliyev dövrü” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə və çıxışlarda vurğulanmışdır ki, ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycanı sosial-iqtisadi gerilikdən çıxarmış, bugünkü müstəqilliyimiz üçün möhkəm bünövrə yaratmışdır. Respublikamız öz müstəqilliyinə qovuşduqdan sonra xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin qüdrəti və zəkası sayəsində dövlətçiliyimiz xilas edilmiş, ölkə xaosdan və özbaşınalıqdan qurtarmış, Azərbaycan dünya birliyində layiqli yerini tutmuşdur. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcək Heydər Əliyev siyasi xəttini indi Prezident İlham Əliyev uğurla davam etdirir.