Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqın taleyinə yazılan xilaskar və qalib sərkərdə

Xalqın taleyinə yazılan xilaskar və qalib sərkərdə

Bakı, 19 oktyabr, AZƏRTAC

2003-cü il oktyabr ayının 15-də xalqımızın dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirməyə başladı. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək müqəddəs “Qurani-Kərim”ə və Azərbaycan Respublikasının Konstitusiyasına and içən dövlətimizin başçısı verdiyi bütün vədlərin yerinə yetirilməsi üçün gecə-gündüz çalışdı və buna tamamilə nail oldu. İyirmi il ərzində Prezident olduğu dövrə nəzər salsaq görərik ki, İlham Əliyev əsrlərə sığmayan fəaliyyəti ilə bütün amalı insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, mənafeyini qorumaq, dövlət maraqlarını təmin etmək kimi şərəfli tarixi missiyanı həyata keçirməyə müvəffəq olub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını həyata keçirdi, xalqının rifahı yolunda əlindən gələni əsirgəmədi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün keşiyində hər zaman möhkəm dayanaraq ölkəmizi etibarlı tərəfdaş kimi dünya müstəvisində yüksək səviyyədə təsdiq etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova söyləyib. O bildirib ki, İlham Əliyev 20 il əvvəl prezident seçiləndə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, işğalçı ermənilərin qədim və müqəddəs torpaqlarımızdan çıxarılacağını, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönəcəklərini qəti əminliklə bəyan etmişdi. Vədinə xilaf çıxmadı, sözünü yerinə yetirdi - Azərbaycan Respublikası Ermənistanın hərbi birləşmələri tərəfindən zəbt olunmuş ərazilərini azad etdi. Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hamılıqla doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə hər zaman əmin idi. Bu əminliyi, bu inamı yaradan, mərdliklə, peşəkarlıqla, böyük məharətlə ərazi bütövlüyümüzü təmin edən Prezidentimiz, müdrik sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

“O, ata vəsiyyətini də yerinə yetirdi və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində, habelə daha bir neçə şəhərimizdə Azərbaycanın Dövlət Bayrağını yenidən ucaltdı. Bu, Azərbaycan xalqının tarixində qürurverici bir gündür. Bütün bu və digər nailiyyətlərimizin memarı və müəllifi Müzəffər Ali Baş Komandan, 55 milyonluq dünya azərbaycanlılarının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir!”, - deyə professor bildirib.

İ.Hüseynova Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 illik müddətin Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb: “İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olmuşuq. Bu uğurlar sayca və keyfiyyətcə o qədər çoxdur ki, burada yalnız kiçik bir qismini sadalaya bilərik. Elə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə görülən möhtəşəm işlərə qısaca diqqət yetirsək, kifayət edər. Postmünaqişə dövründə Azərbaycan makroiqtisadi sabitliyi qoruyub saxlayıb, iqtisadi artım bərpa olunub. 2021-ci ilin elə ilk ayından başlayaraq işğaldan azad edilmiş ərazilərimizdə başlanılan sürətli və çoxşaxəli işlər müxtəlif istiqamətləri əhatə edir: minalanmış ərazilərin təmizlənməsi, Füzulu, Laçın və Zəngilan beynəlxalq hava limanlarının, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, 30 illik fasilədən sonra Şuşada Xarıbülbül festivalının keçirilməsi, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə başlanılması və soydaşlarımızın Ağalı kəndinə köçürülməsi və s. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları fəaliyyətə başlayıb. Ölkə rəhbərliyinin təşəbbüsü və iştirakı ilə möhtəşəm işlər davam edir, düşmən tərəfindən tamamilə dağıdılmış şəhər, kənd və qəsəbələrimiz yenidən abadlaşdırılır, hətta əvvəlkindən daha gözəl olur.

Prezidentin ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti haqqında müqavilələrin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında mühüm xidmətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan qazının Avropaya birbaşa nəqlini hədəfləyən “Şahdəniz-2”, TANAP və TAP kimi yeni transmilli layihələr dünyanın ən iri və perspektivli enerji layihələrindən sayılmaqdadırlar”.

Alimin fikrincə, siyasi sabitliyin, iqtisadi tərəqqinin bərqərar olduğu ölkəmizdə bir-birini əvəz edən və ən qüdrətli dövlətləri belə heyrətləndirən nailiyyətlərin qazanılması Azərbaycanda idarəetmə sisteminin planlı surətdə düzgün təşkil olunmasının göstəricisidir: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Son 20 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması ölkəmizin rəhbərinin daim diqqət mərkəzində olub.

Hər il dövlət büdcəsi tərtib edilərkən onun sosialyönümlü olmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. Prezident İlham Əliyevin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artıb. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlib”.

Professor vurğulayıb ki, xalqın öz Prezidentinə olan böyük etimadı əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm inkişaf strateji istiqаmətinin bütünlüklə dəstəklənməsi deməkdir. Bu kursun qətiyyətlə davam etdirilməsi hazırda çağdaş dünyanın daha çox inkişaf etmiş demokratik sisteminə fəal inteqrasiya edən cəmiyyətimizin həyatının bütün sahələrinin modernləşməsinin təmin olunmasında yetərincə mühüm amildir.

“Əminik ki, Prezident İlhаm Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası təlatümlü, bütün bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edən bir dövrdə Qərb və Şərq sivilizasiya sistemlərini birləşdirən etibarlı körpü olaraq yeni-yeni uğurlar qazanacaq. Çünki Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Onun daxili və xarici siyasətini, ideyalarını Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz İlham Əliyevin apardığı çoxşaxəli müdrik siyasəti, əldə etdiyi tarixi nailiyyətləri artıq 20 ildir ki, ölkədə dayanıqlı inkişafı, iqtisadi tərəqqini, ictimai-siyasi sabitliyi təmin edir, xalqın rifah halının yüksəldir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur, dünya miqyasında Azərbaycanın beynəlxalq imicini, etibarlı tərəfdaşlığını təsdiq edir”, - deyə İ.Hüseynova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib