Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ ilə bağlı məlumat yayıb
Bakı, 26 aprel, AZƏRTAC
Nepalda baş vermiş zəlzələdə Azərbaycan vətəndaşları arasında ciddi xəsarət alan olmayıb.
Bu barədə AZƏRTAC-a məlumat verən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.
İlkin məlumata əsasənn Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.
Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]