XARİCİ ÖLKƏLƏRİN İŞ ADAMLARI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sentyabrın 16-18-də azərbaycanlı iş adamları Ukraynanın Zaporojets şəhərində keçiriləcək “Sosial tərəfdaşlıq sisteminin yaradılmasında sahibkarların milli təşkilatlarının rolu və yeri, ticarət əlaqələrinin inkişaf etdirilməsi” mövzusunda seminarda iştirak edəcəklər. Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi rəyasət heyətinin təşkilatçılığı ilə keçiriləcək bu tədbirə konqresin üzvu olan 22 ölkənin sahibkarlar təşkilatlarının nümayəndələri dəvət olunmuşlar.
Beynəlxalq ticarətin, eləcə də elmi-texniki əməkdaşlığın inkişafında göstərdikləri xidmətlərə görə fərqlənən sahibkarlara diplomlar təqdim ediləcəkdir. Səfər çərçivəsində azərbaycanlı iş adamları sənaye sahəsində çalışan sahibkarların fəaliyyəti ilə yaxından tanış olacaq və Azərbaycanda birgə müəssisələr yaratmağa dair müzakirələr aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]