“Xaş-xaş 2021” şərti adı altında tədbirlər həyata keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
“Xaş-xaş 2021” şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən bu ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Astara, Ağstafa, Balakən, Zaqatala və Qubadlı rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 18,7 hektar sahədən yabanı halda bitən 2688 kiloqram xaş-xaş (15 min 669 ədəd) və 13 min 980 kiloqram çətənə kolları (42046 ədəd) müvafiq qaydada məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.