Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xatirələrdə, nəğmələrdə yaşayır Öndər” adlı tədbir keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC 

Yorulmaz fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirdiyi ümumordu xatirə tədbirləri aylığı davam edir. Bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyəti də dövlətçilik tariximizdə əvəzolunmaz şəxsiyyət, müqayisəedilməz siyasət korifeyi, müdrik və qətiyyətli dövlət xadimi, yenilməz sərkərdə, müasir Azərbaycan Ordusunun memarı, yeni Azərbaycanımızın qurucusu ulu öndər Heydər Əliyevi bir daha sonsuz ehtiramla yad edir, dahi şəxsiyyətin müqəddəs ruhu qarşısında sədaqət andı içir.

AZƏRTAC xəbər verir ki, “N” saylı hərbi hissədə keçirilən “Xatirələrdə, nəğmələrdə yaşayır Öndər” adlı tədbir də əbədiyaşar Ali Baş Komandanımızın xatirəsinə hörmət və ehtiramın təcəssümünə çevrilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin hərbi hissənin qərargahı qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Əsgər klubunda təşkil olunan tədbirdə əvvəlcə Vətən, xalq, dövlət qarşısında titanik xidmətləri olan, dünyanı heyrətə gətirən dahi liderimizin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani geniş məruzə ilə çıxış edərək Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. A.Qurbani hələ ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvanın qanlı-qadalı günlərində əhalinin ərzaq və yanacaqla sınağa çəkildiyi, Ermənistan silahlı bölmələrinin muxtar respublikanı intensiv atəşə tutduğu bir dövrdə Heydər Əliyevin Naxçıvanın və naxçıvanlıların təhlükəsizliyi, xilası naminə həyata keçirdiyi operativ və fövqəladə tədbirlərdən danışıb.

Qeyd olunub ki, məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmiz vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas olub. Milli Orduda təxirəsalınmaz islahatlar aparılıb, ölkə həyatında yeni mərhələnin başlanğıcı qoyulub, cəbhədə ilk uğurlar qazanılıb, xalqın güzəranı gündən-günə daha da yaxşılaşıb. Heydər Əliyev siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları yaşayır və xalqımızı daha xoşbəxt gələcəyə doğru aparır.

Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Mehman Kərimov Ulu Öndərin dəfələrlə bu hərbi hissədə olduğunu, şəxsi heyətlə görüşdüyünü, göstəriş, tövsiyə və məsləhətlər verdiyini deyib. M.Kərimov 1994-cü il yanvarın 24-də Heydər Əliyevin burada yaradılan yeni hərbi hissənin şəxsi heyətini cəbhəyə yola salarkən dediyi sözlərin bu gün də aktual olduğunu vurğulayıb. Həmin vaxt Heydər Əliyev yolasalma mərasimində deyib: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”.

Respublikanın Xalq artisti Niyaməddin Musayev unudulmaz böyük şəxsiyyətin digər sahələrlə yanaşı, mədəniyyətə də göstərdiyi diqqət və qayğıdan, mədəniyyət xadimlərinin yaradıcılıqlarının inkişafı üçün yaratdığı şəraitdən bəhs edib, hələ 1991-ci ildə Naxçıvanda Ümummilli Liderlə tarixi görüşlərini yada salıb. O, məhz Heydər Əliyevin sayəsində fəxri adlar və “Şöhrət” ordeni ilə təltif olunduğunu minnətdarlıqla qeyd edib.

Tədbir iştirakçıları Xalq artistinin Ulu Öndərə həsr etdiyi “El atası”, “Ata”, “Mənim Prezidentim”, “Qurtuluş” və dahi Öndərimizin sevə-sevə dinlədiyi “Dünya sənin, dünya mənim” mahnısını böyük maraqla dinləyiblər.

Polkovnik İlqar Lətifov Heydər Əliyevin azərbaycanlı peşəkar hərbçilərin yetişməsindəki müstəsna xidmətlərindən danışıb. O, 1971-ci ildə - sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda böyük uzaqgörənliklə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və bu məktəbin məzunlarının sovet ittifaqının demək olar ki, bütün xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif hərbi ixtisaslara yiyələndiklərini tarixi hadisə kimi dəyərləndirib.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Dədə Qorqud” ansamblının rəhbəri, respublikanın Əməkdar artisti, zabit anası Nuriyyə Hüseynova ilk dəfə 11 yaşında Ümumittifaq xalq yaradıcılıq festivalının respublika müsabiqəsində Heydər Əliyev Sarayında gənclərimizin böyük hamisinin qarşısında çıxış etdiyini xatırlayaraq deyib: “Bir çox illər keçdikdən sonra Azərbaycan dövlət qədim musiqi alətləri ansamblı akademik Yusif Məmmədəliyevin 90 illik yubiley tədbirində çıxış edərkən Ulu Öndər yenidən ifamı dinlədi. Dahi şəxsiyyət 14 il əvvəl gördüyü və Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmağım üçün tapşırıqlar verdiyi həmin hörüklü məktəbli qız olduğumu xatırladı”.

Əməkdar artist Ulu Öndərin xatirəsinə həsr etdiyi yeni ifalarını səsləndirib.

Hərbi qulluqçular Əhməd Abdullayev, Sevinc İbrahimova, Vüqar Həbibov çıxışlarında vurğulayıblar ki, Azərbaycan dövləti və xalqı var olduqca Ulu Öndər xatirələrdə, ürəklərdə, nəğmələrdə yaşayacaq.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin solistləri Ağabala Abdullayev, Günay Qasımova, Elçin Məmmədov, Leyla Qəhrəmanova və Vüsal Ağayev Ulu Öndərin əziz xatirəsinə həsr olunan və dahi rəhbərin sevdiyi xalq mahnılarını ifa ediblər.

Tədbir Heydər Əliyevin səsləndirdiyi “Azərbaycan” şeirinin və “Azərbaycan Bayrağı” mahnısının sədaları altında başa çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir