Xəbərdarlıq: Hava şəraiti dəyişəcək
Bakı, 1 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə enəcək.
Rayonlarda aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 28.09.2026 [10:58]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [20:00]