Xəzər dənizində də zəlzələ olmuşdur
Bakı, 10 fevral (AZƏRTAC). Fevralın 10-da Xəzər dənizində də zəlzələ olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yerli vaxtla saat 16:18-də Xəzər dənizində qeydə alınan zəlzələ hiss olunmamışdır.
Dənizin 62 kilometr dərinliyində baş verən zəlzələnin maqnitudası 3,2 olmuşdur.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 kilometr şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası 5,7, dərinliyi isə 55 kilometr olmuşdur.
Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]