“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi oxucuların ixtiyarına verilib
Bakı, 16 iyul, AZƏRTAC
“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi çap olunub.
AZƏRTAC xəbər verir ki, digər nömrələrdə olduğu kimi, hazırkı nömrədə də maraqlı povestlər, hekayələr, romanlar və dünya poeziya nümunələri yer alıb. Belə ki, oxucular nəşrin sözügedən nömrəsində Andre Jidin “Pastoral simfoniya” əsəri, Nəriman Əbdülrəhmanlının “Səsindən yıxılan” hekayəsi, Konstantin Paustovskinin “Ədəbi portretlər”, Bağater Arabullin, Migel Ernandes, Lalə Müldür, Heydər Ərgülən, Nevzat Çelik, Kiçik İskəndər və Nikita Steneskunun şeirlərini oxuya biləcəklər.
Nəşrin digər rubrikalarında Heynrix Böllün “Kişisiz ev” və Pater Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanlarının ardını, Vasili Radilovun “Sibirdən” məqaləsi, H.Branner, H.Herdal, K.Soyanın hekayələri, Zeydi Smitin “Kamboca səfirliyi”, Tuve Yanssonun “Boz ipək”, “Gimnastika müəlliminin ölümü” hekayələri, Nikolay Leskovun “Mtsenki qəzasının ledi Maqbeti” və Jan Anuyun “Yüksüz sərnişin” pyesləri yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]