Xəzər Universitetinin 20 illiyi qeyd olunmuşdur
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Xəzər Universitetində bu ali təhsil ocağının yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, nazirlərin, Milli Məclisin deputatlarının, xarici ölkə səfirlərinin və ali məktəb rektorlarının, tanınmış ziyalıların iştirak etdikləri tədbiri Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı açmışdır. O, universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər haqqında məlumat vermişdir.
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbin qurulmasında və ölkəmizdə təhsilin inkişafında professor Hamlet İsaxanlının xidmətlərindən, xüsusilə magistr hazırlığında bu universitetin rolundan danışmışdır. Nazir əlamətdar yubiley münasibətilə universitetin professor-müəllim heyətini təbrik etmiş və onlara yeni uğurlar arzulamışdır.
Xəzər Universitetinin fəaliyyətini əks etdirən videofilm göstərilmiş və Azərbaycan incəsənət ustalarının konsert proqramı təqdim edilmişdir.
Tədbir iştirakçıları universitetin tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi ilə də tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]