XƏZƏRİN DƏNİZ MÜHİTİNİN MÜHAFİZƏSİ HAQQINDA KONVENSİYA TEZLİKLƏ QÜVVƏYƏ MİNƏCƏKDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Xəzərin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası avqustun 12-də qüvvəyə minəcəkdir. Konvensiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın üzərinə Xəzərin çirkləndirilməsi ilə mübarizə aparmaq və onun sərvətlərindən səmərəli istifadə etmək vəzifələri qoyur. Tehran Konvensiyası da adlandırılan sənədə görə, Xəzəryanı dövlətlər dənizin təbii mühitinin bərpasında səylərini birləşdirib, onun ekoloji təhlükəsizliyinə təminat verməlidirlər.
BMT Baş katibinin müavini, qurumun ətraf mühit üzrə Proqramının icraçı direktoru Açim Şteyner demişdir ki, tənzimlənən balıqçılığın bərpası və Xəzərə sənaye tullantılarının axıdılmasının azaldılması bu gözəl, lakin problemli regionda yaşayan milyonlarla insanın rifahını yüksəldəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]