Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xilasedicilik xeyirxah missiyadır - Azərbaycanın ilk xanım xilasedicisi AZƏRTAC-a danışıb

Xilasedicilik xeyirxah missiyadır -  Azərbaycanın ilk xanım xilasedicisi AZƏRTAC-a danışıb

Bakı, 7 oktyabr, Nailə Həsənova, AZƏRTAC

Xilasetmə sahəsində gənc xanımlara daha çox ehtiyac var. Odur ki, xidmətə yeni gələn xanım xilasedicilərlə təcrübəmi bölüşürəm. Bu peşəni seçən xanımlar fiziki və psixoloji hazırlıqları üzərində mütləq işləməlidirlər. Amma ilk növbədə bu peşəni sevmək lazımdır. Bu peşəyə qəlbən bağlanmadan işləmək, başqalarının köməyinə yetmək olmaz. Yalnız humanizm duyğusu yüksək olan insanlar bu çətin, amma şərəfli peşədə işləyə bilərlər.

Bu fikirlər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Çevik Xilasetmə İdarəsinin baş mütəxəssis-xilasedicisi Kəmalə Qəhrəmanovaya məxsusdur. O, artıq 18 ildir bu peşədə çalışır. Ağdam rayonunun Yusifcanlı kəndində dünyaya göz açan həmsöhbətim 1991-ci ilin noyabrında könüllü olaraq Vətən torpağının müdafiəsinə qalxıb. Döyüş yolu Ağdamdan başlayıb, sonra Şuşada, Ağdərədə, Füzulidə davam edib. 1999-cu ilin mayında ordudan tərxis edildikdən sonra idmanla məşğul olmağa başlayıb. Bu həvəs onu Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına aparıb.

Kəmalə Qəhrəmanova AZƏRTAC-ın müxbiri ilə xilasedici peşəsinin xüsusiyyətlərindən həvəslə söhbət açıb.

İlk xilasetmə əməliyyatında özümü mələk hiss etdim

Azərbaycanın ilk xanım xilasedicisi olan K. Qəhrəmanova işə qəbul prosesini belə xatırlayıb: 2007-ci ildə 34 yaşımda xidmətə qəbul ediləndə dedim ki, xilasedici olmaq istəyirəm. Dedilər ki, bacararsınız? Dedim ki, sınaq müddəti versəniz, görərsiniz. İlkin mərhələdə mənə sınaq müddəti verdilər. Artıq böyük bir həyat təcrübəm var idi, 18 yaşımda müharibə görmüşdüm. Bu təcrübə sınaq mərhələdə öz sözünü dedi. İlk xilasetmə əməliyyatı gecə saatlarına təsadüf etdi. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil oldu ki, filan ünvanda bağlı qapı arxasında qalan var. Hadisə yerinə çatdıq, məlum oldu ki, 3 yaşında qız uşağı bağlı qapı arxasında qalıb. Əməliyyat şəraitini dəyərləndirən kimi başa düşdük ki, ancaq eyvandan mənzilə girmək olar. Çünki seyf qapını açmaq olmurdu. Məsləhət oldu ki, əməliyyatı mən icra edim. Binanın damından eyvana düşüb, mənzilə daxil oldum. Uşaq məni görüb, ağlamağı keçdi, gülə-gülə dedi: “Aaa, sən göydən gəldin?”... Təsəvvür edin, uşaq boynuma sarılıb, qucağımdan düşmək istəmir. Qapını açdım, hamı içəri daxil oldu. Uşağı anasına təhvil verdik. Bu hadisə 2008-ci ildə olub. Uşağın nəzərində mən göydən gələn kosmonavt kimi idim (gülür). Başımda kaska, əynimdə alpinist geyimi, əllərimdə böyük əlcək var idi. Ömrüm boyu o epizod yadımdan çıxmaz. Uşağın boynuma sarılmağı məndə göydən gəlmiş mələk hissi yaşatdı...

Xilasedici işləyə-işləyə həm də özümü “xilas” etmişəm

Xilasedici peşəsinin özəlliklərindən danışan müsahibim deyir ki, müharibə ilə xilasetmə tamamilə bir-birinə zidd olan sahələrdir: “Ordudan tərxis olunanda 1999-cu il idi. Müharibədən sonra mülki həyata adaptasiya problemi yaşadım. Sosiallaşmaqda çətinlik çəkirdim. Mülki həyatda “döyüş” sənin üçün daha da çətinləşir, psixologiyan tab gətirmir. Müxtəlif sahələrdə məşğul oldum, bir müddət hətta ictimai işdə də çalışdım. Ancaq özümü tapa bilmirdim. Xilasedici peşəsinə elan veriləndə düşündüm ki, sanki illər məni bunun üçün hazırlayıb. Keçdiyim döyüş yolu, məşqlər, idman, daim fiziki hazırlığın səviyyəsini saxlamaq, həmçinin insan psixologiyası ilə maraqlanmaq məndə bu işə böyük maraq yaratmışdı! Müharibədən sonrakı sindromu aşmaq üçün həkim mənə demişdi ki, özün-özünə dəstək olmasan, heç kim səni xilas edə bilməyəcək. Sən demə, bir insan özünü xilas etdikcə, başqalarını daha rahatlıqla xilas etməyi öyrənir. Mən həyatı yenidən xilasetmədə öyrənməyə başladım. Döyüş meydanında elədir ki, sən düşməni öldürmək niyyəti ilə onun üstünə gedirsən. Ancaq xilasedici kimi sənin düşmənin də olsa, onu xilas etmək niyyəti ilə gedirsən. “Xilasedici peşəsində işləyə-işləyə mən həm də özümü xilas etmişəm” desəm yanılmaram. 2007-ci ilin sentyabr ayından bu peşədəyəm. Artıq 18 il tamam oldu. Bu vəzifəni daşıdığım gündən başqa bir iş haqqında düşünməmişəm.

Yaşlı insanlara daha çox diqqət yetirməliyik

Bağlı qapılar arxasında hər cür mənzərənin şahidi olduğunu deyən xilasedici xanım xatırladığı epizodlardan ürək ağrısı ilə danışır: “Daha çox yaşlı, tənha insanların bağlı qapı arxasında qaldığının şahidi oluruq...Çox sevinirəm ki, uşaqlarla bağlı gecikdiyimiz hallar çox azdır, çalışırıq ki, gecikməyək...Yaşlı insanlar barədə gec məlumat verilir, hətta aylar sonra evdəki qoxudan orada dünyasını dəyişən insanlarla qarşılaşırıq. Bu illər ərzində gəldiyim qənaətim budur ki, yaşlı insanlarımızı daha çox diqqətimizdə saxlamalıyıq. Yaşlı insanlar hay-küydən, kütləvilikdən qaçırlar, sinir sistemi tab gətirmir...Bəzən özləri evdə tək yaşamaq istəyirlər...Tez-tez əlaqə saxlamaq lazımdır. Bəzən zəng edib deyirlər ki, qapını açan yoxdur... Ona görə yaşlı insanlarımızı daha çox diqqətimizdə saxlayaq ki, bağlı qapı arxasında kədərli mənzərələri görməyək...Ölüm ani gəlir, oturduğu yerdə dünyasını dəyişən insanlar olub ki, içəri girirsən, elə bilirsən, canlıdır. Oradan gələndən sonra 2-3 gün o mənzərə insanın gözünün önündən getmir... Daha çox o cür hadisələrdən qayıdan kimi dərhal gedib, anamı qucaqlayıram... Çox təəssüf olsun ki, bağlı qapı arxasında yaşlı insanların vəfat etməsi halları ilə də rastlaşırıq. Əlbəttə, bu, çox üzücüdür...

Bəzən alovun içərisinə girmək məcburiyyətində qalırıq

Kəmalə xanım deyir ki, yanğın hadisələri xilasetmə əməliyyatının ən ciddi sahələrindən biridir: “Çünki orada zərərçəkmişi xilas etmək üçün sən özün də alovla mübarizə aparırsan. Yanğından mühafizə xidməti ilə paralel çağırışa çıxırıq, oraya məlumat daxil olanda insanları təxliyə edirik. Bəzən bizim də alovun içərisinə girmək məcburiyyətində qaldığımız vaxtlar olub. Bu yay Xırdalanda bir neçə ev birdən yandı, xəsarət alan olmadı. İnsanları təxliyə etdik. Əşyalarının, evlərinin yanmasına insanların emosiyası çox ağır idi...Həyat yoldaşı xanımını qucaqlayıb dedi: “Əsas odur, canımız sağdır. Bu evi bu əllərlə tikmişik. Canımız sağ olsun, yenə də tkəcəyik”. Sözsüz ki, biz insanları xilas edərkən fərqli-fərqli durumla qarşılaşırıq. İnsanların ekstremal şəraitdə davranışları bizim “canımıza hopur”. Hər bir hadisədən sonra insanda bir sindrom olur... İnsan var ki, təqaüdə çıxır və onu özü ilə aparır... Hər kəs özünü daha yaxşı tanıyır. Bizim psixoloqlarımız da var, onlar gəlib, bizimlə işləyirlər, müəyyən söhbətlər aparırlar, istiqamətlər verirlər, çalışırıq ki, bu təsirin altından çıxaq. Ərizəsini yazıb işdən gedənlər də olub ki, mən bu cür təsəvvür etməmişəm. Çox ağırdır...

Xilasedicilik peşə deyil, həyat tərzidir

Ağır peşənin çətinliklərini zərif çiynində daşıyan xilasedici xanım güclü cinsin nümayəndələri ilə iş prosesindən danışır: “Xilasedici kişi peşəsi kimi görünür. Lakin 18 yaşımdan kişi kollektivində formalaşdığıma görə bu mənə çətin gəlmir. Həmkarım olan xanımların əksəriyyəti idman ustalarıdır. İş prosesində ekstremal hadisələr zamanı yüksək fiziki hazırlığa malik olmalıdırlar. Doğrudur, güclü cinsin nümayəndələri əsas ağırlığı öz üzərlərinə götürürlər, lakin bunla belə xanımlardan da cəldlik, cəsarət və çətin situasiyalarda zirəklik tələb olunur. Xilasediciyə psixoloji hazırlıq da lazımdır. Ona görə bizə psixoloji dərslər də keçirilir. Düzdür mən bununla kifayətlənmir, daim axtarışda olur, kurslara gedir, hazırlığımı yaxşılaşdırıram. Daim öz üzərimdə işləyirəm. Özümüzün idman-sağlamlıq klubumuz var. Mütəmadi olaraq, orada yarışlar keçirilir, velosiped idmanı, dağ yürüşləri olur, avarçəkmə, üzgüçülük və digər idman növləri üzrə yarışlar keçirilir. İşdən sonra orada məşq edirik. Bu ilin aprelində Qəbələ rayonundan Ağsuya dayanmadan yürüş etdim. Əgər 10 kilometr dayanmadan qət edə bilirsənsə, bu sənin psixoloji dayanıqlığına da təsir edir, dözümlülüyünü artırır”.

Beləliklə, həmsöhbətimin dili ilə desək, xilasedicilik peşə deyil, həyat tərzidir: “Sən yalnız peşə fəaliyyətində xilasedici olmursan, əslində, bu, bəlkə də yaxşı mənada xroniki xəstəliyə çevrilir. Situasiya yaranan kimi sənin həmin psixologiyan ortaya çıxır. Məsələn, hətta ola bilər hansısa ziyafətdə, toy məclisindəsən, lakin beynin “aktiv” vəziyyətdə olur. Hiss edirsən ki, kiminsə hansısa köməyə ehtiyacı var. Bu, hətta yol getdiyin zaman da baş verə bilər. Bəzən yol gedərkən hardasa kiçicik yanğın görən kimi ətrafdakıları ora cəlb edirəm. Heç yanğın olmasın, adi tüstülənmə zamanı da fəlakət böyüməmiş onun qarşısını almaq lazımdır. Bəzən adi siqaret kötüyündən çox böyük fəlakət, faciə törənir. Yaxud belə hadisənin baş verməməsi üçün, profilaktika üçün ətrafda olan uşaqları toplayır və həmin situasiyada necə davranmaq lazım gəldiyi barədə məlumat verirəm. Məsələn, hansı hərəkətləri etmək lazımdır, yaxud Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi haqqında məlumat verirəm və başa salıram ki, “112” xidmətinə zəng etmək olar...

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?