XİN: Ermənistanın Roma statutunu ratifikasiyaya verməsi Rusiya tərəfində suallar doğurur
Moskva, 13 sentyabr, AZƏRTAC
Ermənistanın Roma statutunu parlamentin ratifikasiyasına verməsi Rusiya tərəfində suallar doğurur.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bu barədə suala cavablandırıb. Onun sözlərinə görə, bu günlərdə Ermənistan səfiri Rusiya XİN-ə çağırılarkən, ona digər məsələlərlə yanaşı, Roma statutunun ratifikasiyasına dair rəsmi Moskvanın etirazı da çatdırılıb.
“Bu, nə üçün edilir? Biz bu addımları qeyri-dost addımlar kimi dəyərləndiririk və bu barədə dəfələrlə erməni həmkarlarımıza, tərəfdaşlarımıza, dostlarımıza ikitərəfli kanallar vasitəsilə məlumat vermişik”, - deyə M.Zaxarova vurğulayıb.
O əlavə edib ki, Ermənistan tərəfi Rusiyada suallar doğuran bir neçə addım atdıqdan sonra məsələ açıq müstəviyə çıxarılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]