Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xınalıq və onun turizm potensialı

Bakı, 9 sentyabr, AZƏRTAC

Xınalıq kəndi Qafqaz dağlarının zirvələrindən birində, Qızıl Qaya, Şahdağ, Tufandağ və Xınalıq dağlarının əhatəsində, Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir. Tufandağın Xınalıqla üzbəüz olmasının kənd sakinləri üçün xüsusi mənası var. Rəvayətlərdən birinə görə, bu dağda 1000 il əvvəl güclü zəlzələ nəticəsində dağılmış qədim kəndin xarabalıqları yerləşir. Hesab edilir ki, Xınalığın əsasını qoyanlar elə həmin kəndin sakinləri olub.

Buranın iqlimində ağac bitmir, yalnız otlar və kollar olmasına baxmayaraq, kənd təsərrüfatı bitkiləri yetişir. Payızın əvvəlindən bu yerlərdə soyuqlar başlayır. Qış soyuq və qarlı keçir, şaxta mənfi 30 dərəcəyədək enə bilər.

Terras formasında (bir evin damı ondan hündürdə tikilmiş digər ev üçün həyət rolu oynayır) tikilən daş evlər Xınalığın bənzərsiz görünüşünü formalaşdırır. Belə ki, burada qayalar çox sıldırımlıdır, evlər isə sıx tikilib. Həyətlərdə kiçik bostan salınıb. Evlər 200-300 il əvvələ aiddir. Kənddə daha qədim tikililər də var. Qoruq olan Xınalıqda yeni tikinti aparmaq qadağan edildiyi üçün kənd ilkin memarlıq simasını qoruyub saxlayıb.

İndiyə qədər Xınalıqda evlər təzəklə qızdırılır. Vaxtilə yanacağın bu növü Azərbaycanda geniş yayılmışdı.

Xınalıq kəndi “Kətiş”, özlərini “Kət” və ya “Kəttid”, öz dillərini isə “Kətiş mitsl” adlandırırlar. “Xınalıq” adı sonradan yaranıb: bu ya xına rəngli qayalar, ya da hun tayfasının adı ilə bağlıdır.

Xınalıq kənd sakini Ələmməd Yerməmmədov buranın çox qədim, tarixi bilinməyən bir kənd olduğunu iddia edir. Burada yaşayan əhalinin dünyada yeganə dildə danışdığını bildirən Ələmməd hələ keçmiş sovet dönəmində mütəxəssislərin xınalıq dilini öyrənmək istədiklərini deyir. O, burada arxeoloji qazıntıların aparıldığından da söz açır. Onun sözlərinə görə, qazıntı zamanı dördmərtəbəli qəbirlərin olduğu üzə çıxıb. Kənd sakini bunun əraziyə qənaət etmək, qəbiristanlığın böyüməsinin qarşısını almaq məqsədilə edildiyini deyib.

Rəvayətə görə üst-üstə düşən qəbirlərin sayı yeddiyə çatanda qiyamət qopacaq.

53 yaşlı Qarabağ veteranı Yusif Şabanov son vaxtlar, əsasən iyul, avqust aylarında bura turistlərin gəldiyini deyib. Bildirib ki, ölkədən asılı olaraq turistlərin maraq dairəsi dəyişir. Misal olaraq Fransa və İngiltərədən gələn qonaqlar quş növlərinin şəkillərini çəkir, ərəb ölkələrindən gələnlər daha çox yerli mətbəxə həvəs göstərirlər, ABŞ və Polşadan olan turistlər dağlara çıxmağı sevir, Ruslar isə yerli camaatın yaşayışı ilə maraqlanırlar.

Y.Şabanov xarici qonaqların kənddə gecələməyi üçün xüsusi evlərin olduğunu da söyləyib. Qeyd edib ki, yerli əhali tez-tez qonaqları evlərinə dəvət edir, onlar üçün çay süfrəsi açır. Yeri düşəndə qonaqlara xınalıq dili haqqında məlumat verir, hətta bəzi sözlərin mənasını da izah edirlər.

Xınalıq kəndinin sakinləri özlərini ayrıca etnik qrupa aid edirlər. Bu, Qəbələnin Nic kəndində yaşamış uti tayfalarına qohumluğu çatan, Şahdağ etnik qrupuna aid milli azlıqdır. Bu etnosun öz dili var. Xınalıq dili haqqında ilk məlumata Avropa mənbələrində - R.Fon Erkertin 1895-ci ildə Vyanada alman dilində nəşr edilmiş "Qafqaz köklü dillər" kitabında rast gəlinir. Müəllif xınalıq dilinin qrammatika və frazeologiyasına toxunub. Xınalıq dilini öyrənmək üçün XX əsrdə kənddə SSRİ Dilçilik İnstitutunun xüsusi filialı yaradılıb. Burada işləyən dilçilər bu dilin latın qrafikası əsasında əlifbasını tərtib ediblər. Bir məlumata görə əlifba 72, digər məlumata görə 77 hərfdən ibarətdir.

Xınalıqlılar möhkəm bədən quruluşu, bir qayda olaraq bəstə boyu, şabalıdı rəngli saçları, qonur və ya mavi gözləri ilə seçilirlər. Xınalıqdan Qəbələyə kəsə dağ yolu indiyədək qalır, kəndin sakinləri ötən əsrin ortalarınadək qonşu kəndə alış-veriş üçün gedərdilər.

Hazırda Xınalıq kəndində 2 min nəfərədək əhali yaşayır. Kənd sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Onların ətraf mühitlə sıx əlaqədə olan özünəməxsus adətləri var. Toylar və digər mərasimlər nəsildən-nəslə ötürülən adətə uyğun keçirilir.

XX əsrin ortalarınadək Xınalıqda icma münasibətləri qalırdı. Burada yaşayan hər tayfanın öz məhəlləsi, qəbiristanlığı, məscidi və müqəddəs yerləri olub. İndi də kənd ayrı-ayrı tayfaların yaşadığı məhəlləyə bölünür. Bəzən bu məhəllələr inzibati ərazi vahidi rolunu oynayardı. Hər məhəllənin öz ağsaqqalı olardı. Bu gün Xınalıqda əsasən dörd tayfanın nümayəndələri yaşayır.

Şəhərə yol uzun və çətin olduğu üçün kənd sakinləri oraya ildə cəmi bir-iki dəfə gedər, yayda öz məhsullarını satar, ərzaq və digər lazım olan şeyləri alıb evə qayıdardılar.

Xınalıq əhalisinin hamısı dindardır. Xınalıqlılar İslama qədər atəşpərəst olublar. İslam dini qəbul edildikdən sonra burada çoxlu sayda məscid tikilib. Hazırda kənddə 10-dan çox tarixi məscid qorunub saxlanılır.

Quba-Xınalıq turizm marşrutu ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir.

Əsrarəngiz təbiət mənzərələri, dağ yamacı boyunca axan bol sulu Qudyalçay, Qafqaz dağlarının sıldırım qayalıqları arasındakı füsunkar gözəlliklər və unikallığı ilə bütün dünyada tanınan bu qədim kənd turistləri bura cəlb edir.

Əlcəzairli Hatem Benmakhlouf Azərbaycanı ziyarət edən dostunun məsləhətinə qulaq asaraq bura gəldiyini deyib. O, Bakıda təyyarədən enərkən yanılmadığını və ölkəmizi kəşf etmək arzusunda olduğunu söyləyib. Regionlarımızı gəzən Hatem Xınalığın sülhsevər bir yer, əhalisinin isə saf və qonaqpərvər olduğunu vurğulayıb.

Rusiyalı qonaq Svetlana İvanova birbaşa Xınalığa üz tutduğunu deyir. Yolboyu maşınla gedərkən dağların havası onun çox xoşuna gəlib. Buranın təbiəti, kəndlərin ucqar yerlərdə salınması turisti bir növ valeh edib.

Quba-Xınalıq turizm marşrutu ilə səyahət zamanı turistlər qısa zaman kəsiyində bir neçə dəfə hava şəraitinin dəyişməsini müşahidə edə bilərlər. Çünki bu istiqamətdə hərəkət zamanı qonaqlar Qafqaz dağlarının sıldırım qayalıqları arası ilə kilometrlərlə yol qət edirlər. Onlar yolboyu dəfələrlə avtomobillərini saxlayır, füsunkar təbiətdən zövq alır, video, fotoşəkillər çəkir və çəkdiklərini sosial şəbəkələrdə dostları ilə paylaşırlar. Əksər vaxtlarda səyahətin müddətini uzatmalı olurlar.

Qeyd edək ki, bu günlərdə Xınalıqda musiqi festivalı da təşkil olunub. Festivalın açılışında uşaqlar “Arşın mal alan” filmindən səhnəciklər və rəqs nömrələri nümayiş etdiriblər. Hətta xınalıq dilində şeir də söylənilib. Yoqa, meditasiya vorkşopları və açıq havada nümayiş olunan kino festivala rəng qatıb. İki gün davam edən festival müddətində kənd sakinləri öz məhsullarını satışa çıxarıblar. Bu cür tədbirlərin gələcəkdə də keçirilməsi istisna deyil.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib

Azərbaycan və BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın basketbol milliləri Avropa çempionatına Belarusda hazırlaşacaqlar

Müstəqillik Günü xalqımızın azadlıq iradəsinin simvoludur ŞƏRH