Xızıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb
Xızı, 14 iyun, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Mansur Muqbilovun evinə baxış keçirilən zaman 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.