Xızıda dərəyə yuvarlanan avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunub
Xızı, 29 avqust, Elxan Yusifli, AZƏRTAC
Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyunun təsiri nəticəsində dərəyə yuvarlanan avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən xilas olunub.
Xızı-Giləzi yolunda çətin vəziyyətdə qalan bütün avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumu və digər müvafiq icra strukturları tərəfindən görülən tədbirlər nəticəsində Giləzi-Xızı yolu palçıq kütləsindən təmizlənib. Yolda avtomobillərin hərəkəti bərpa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]