Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı faciəsi: tarixi yaddaş və bərpa olunmuş ədalət

Xocalı faciəsi: tarixi yaddaş və bərpa olunmuş ədalət

Bakı, 26 fevral, AZƏRTAC

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğından artıq 34 il ötür. Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi tamamilə yeni siyasi və tarixi reallıq şəraitində yad edilir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı silahlı dəstələrin tərk-silah olunması ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu gün azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalıda da həyatın dirçəldilməsi, infrastrukturun bərpası və tarixi ədalətin simvolik ifadəsi istiqamətində mühüm addımlar atılır. Məhz bu çərçivədə 2024-cü ildə Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Memorial, günahsız qurbanların əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, törədilmiş cinayətin gələcək nəsillərin yaddaşında daim yaşadılmasına xidmət edəcək. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayətin unudulması və ya kölgədə qalması yolverilməzdir. Xocalı Soyqırımı Memorialı həm milli yaddaşın qorunmasına, həm də bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən mühüm tarixi-mənəvi məkandır. Xocalı soyqırımı erməni silahlı birləşmələrinin və onların havadarlarının konkret siyasi, hərbi və strateji məqsədlərinin nəticəsi idi.

Bu fikirlər tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın AZƏRTAC-a təqdim etdiyi “Xocalı faciəsi: tarixi yaddaş və bərpa olunmuş ədalət” məqaləsində yer alıb.

Xocalının hədəfə çevrilməsinin səbəbləri

Məqalədə qeyd olunub ki, Xocalı hadisəsinədək Ermənistan silahlı birləşmələri Azərbaycanın bir sıra yaşayış məntəqələrində mülki əhaliyə qarşı zorakılıqlar törətmişdi. Lakin Xocalı faciəsi həm miqyası, həm də məqsədyönlü xarakteri baxımından xüsusi yer tutur. İlk növbədə, Xocalı Azərbaycanın qədim tarixini əks etdirən mühüm arxeoloji mərkəzlərdən biri idi və Xocalı-Gədəbəy mədəniyyətinin əsas ocaqlarından sayılırdı. Digər tərəfdən, şəhər Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının kəsişməsində yerləşməklə mühüm hərbi-strateji mövqeyə malik idi. Bundan əlavə, bölgədəki yeganə hava limanının Xocalıda yerləşməsi şəhərin işğalını Ermənistan üçün strateji baxımdan cəlbedici edirdi. Bu amillər Xocalının məqsədli şəkildə hədəfə alınmasını şərtləndirmişdi.

Faciənin daxili siyasi nəticələri

Xocalıda baş verənlər beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı ağır cinayət idi. Hadisə ilə bağlı xarici mətbuatda dərc olunmuş materiallar, foto və reportajlar mülki əhalinin kütləvi şəkildə məhv edildiyini açıq şəkildə sübut edirdi. Xocalı hadisələrindən sonra Azərbaycan cəmiyyətində böyük narazılıq dalğası yarandı. Hakimiyyətin baş verənlərin miqyasını gizlətməyə cəhd etməsi vəziyyəti daha da gərginləşdirdi. Paytaxtda və regionlarda kütləvi etirazlar başladı, hakimiyyətin istefası tələbləri səsləndirildi. Nəticədə ölkə rəhbərliyində ciddi dəyişikliklər baş verdi. Lakin bu dəyişikliklər siyasi sabitlik yaratmaq əvəzinə, Azərbaycanda xaos və anarxiyanı daha da dərinləşdirdi və torpaqlarımızın işğalı prosesini sürətləndirdi.

Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli fəaliyyət xüsusilə son illərdə gücləndirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan fəal xarici siyasət bu məsələdə mühüm rol oynadı. Heydər Əliyev Fondunun təşəbbüsləri, eləcə də 2008-ci ildən etibarən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində bir sıra ölkə və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanıdı. Müxtəlif ölkələrdə konfranslar keçirildi, sənədli filmlər çəkildi, nəşrlər və sərgilər təşkil olundu. Bu fəaliyyətlər bu gün də ardıcıl şəkildə davam etdirilir.

Tarixdən çıxarılan dərslər

Xocalı soyqırımı qurbanlarının xatirəsi yalnız matəm deyil, həm də tarixi nəticə çıxarmaq məqsədilə yad edilir. Bu faciə sübut etdi ki, güclü dövlətçilik, sabitlik, peşəkar ordu və xalq-hakimiyyət birliyi olmadığı təqdirdə belə ağır fəlakətlər baş verə bilər. Məhz bu dərslər əsasında Azərbaycan son illərdə güclü dövlətə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə və sonrakı antiterror tədbirləri nəticəsində ölkə ərazisində separatizmə son qoyulması Xocalı qurbanlarının ruhunun rahatlıq tapmasına səbəb oldu. Cinayət törətmiş şəxslər istintaq qarşısına çıxarıldı və ədalət öz sözünü dedi. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq və gələcək nəsillərə milli birliyin və dövlətçiliyin əhəmiyyətini xatırladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Səbaildə obyektdə yanğın baş verib

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub