Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir
Ağsu, 25 fevral (AZƏRTAC). Ağsu rayonunun Qaraqoyunlu kənd mədəniyyət evində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı geniş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qaraqoyunlu kəndindən, habelə ərazi icra nümayəndəliyinə daxil olan digər yaşayış məntəqələrindən - İlxıçı, Musabəyli və Hacısəmədli kəndlərindən gəlmiş ziyalıların, ağsaqqalların, gənclərin, habelə yuxarı sinif şagirdlərinin qatıldıqları tədbirdə iştirakçılara Azərbaycan dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş bu dəhşətli hadisə barədə geniş məlumat verilmişdir.
Tədbirdə Xocalı faciəsinə həsr edilmiş film göstərilmişdir.
Sonda kənd ziyalılarının, məktəblilərin ifasında “Sağalmayan yara” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Xocalı faciəsinin dəhşətlərinin məharətlə ifa olunduğu bu kompozisiya tamaşaçılarda dərin təəssürat oyatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]