Xocalı sakinləri soyqırımı qurbanlarının xatirəsini anırlar
Goranboy, 26 fevral, AZƏRTAC
Goranboy rayonunda xocalılıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Xocalı soyqırımı abidəsini ziyarət edir, önünə gül dəstələri düzürlər.
Anım mərasiminin iştirakçıları faciə həqiqətlərini özündə əks etdirən sərgiyə də baxış keçirirlər.