CƏMİYYƏT
Xocalı şəhərində Böyük Qayıdışa dair fləş-mob təşkil olunub VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob təşkil edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, fləş-mob haqqında hazırlanmış videoçarxda Xocalı şəhərindən kadrlar verilib və şəhərin ən gənc sakinlərinin dilindən Azərbaycan şairi Abdulla Şaiqin “Vətən” şeiri səsləndirilib.
Fləş-mobda doğma yurda qayıdan keçmiş məcburi köçkün həmvətənlərimiz olan azyaşlılar iştirak ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı intensiv qaydada icra edilir. İndiyədək Xocalı şəhərinə 46 ailə, yəni 179 nəfər köçürülüb.