Xocalı soyqırımı bəşər tarixinin ən faciəli səhifələrindən biridir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki baş konsulluğu Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Baş konsul Pərviz İsmayılzadə çıxışı zamanı Xocalı soyqırımının Azərbaycan və ümumiyyətlə bəşər tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu, fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin zabit və əsgərlərinin Xocalı şəhərini yerlə-yeksan etdiyini, 613 sakini qətlə yetirdiyini, günahsız insanlara, hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm etmədiyini diqqətə çatdırıb.
Türkiyənin Dubay və Şimal Əmirliklərindəki baş konsulu Ərdəm Ozan çıxış edərək ölkəmizə qarşı törədilmiş bu faciəyə görə dərin təəssüf hissi keçirdiyini bildirib.
Sonra Azərbaycan icmaları və xarici ölkələrin mətbuat nümayəndələri üçün ingilis dilində hazırlanmış “Xocalı faciəsi” adlı film nümayiş etdirilib.
Tədbirdə MDB ölkələrinin baş konsulları, ARDNŞ-in, Azərbaycan Hava Yolları, Azərbaycan Beynəlxalq Bankı və diasporumuzun Dubay şəhərindəki nümayəndələri, Dubay Gömrüyünün və Skyline Universitetinin əməkdaşları, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əcnəbi vətəndaşların daha dərindən məlumat əldə etmələri üçün faciə ilə bağlı kitab və broşürlərdən ibarət kiçik stend və fotoslayd qurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]