Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib VİDEO

Vaşinqton, 22 fevral, AZƏRTAC 

Vaşinqton şəhərində, Qadınların Milli Demokratiya Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib. Mərkəzin yerləşdiyi tarixi “Uittemor” binası XIX əsrin sonlarında ABŞ paytaxtının mərkəzində tikilib və 2000-ci ildən muzey kimi fəaliyyət göstərir.

Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı, Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı pianoçu Nərgiz Əliyarova və azərbaycanlı gənc istedad, hazırda ABŞ-ın Pensilvaniya ştatında doktorantura pilləsində təhsil alan, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivalların qalibi olmuş skripkaçı Azər Dəmirov ifa ediblər.

Tədbirdə iştirak edən çoxsaylı qonaqlar arasında Vaşinqtonda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqtonda və onun ətrafında yaşayan soydaşlarımız olub.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konsertdən əvvəl çıxış edərək 27 il bundan öncə törədilmiş Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi olduğunu deyib. O, bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş ən böyük qətliam kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qalmasına və 1 milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və didərgin düşmüş, o cümlədən Xocalı faciəsindən qurtulmuş insanlara hər cür şərait yaratdığını vurğulayıb. Diplomat bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirib.

Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs edib və tədbirdə ifa ediləcək bir sıra musiqilərin müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələndiyini bildirib.

Elin Süleymanov Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib. O, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünməli olduğunu və əhalisinin rifahı üçün sülh yolunu seçməsinin vacibliyini vurğulayıb. Səfir öz torpaqlarından didərgin düşmüş əhalinin heç şübhəsiz gec-tez doğma yurdlarına qayıdacaqlarını və Azərbaycan musiqisinin hazırda işğal altında olan torpaqlarımızda ifa ediləcəyini əminliklə bildirib.

E.Süleymanov Azərbaycan dövləti və xalqının tarixboyu qonşu dövlətlərlə dinc yanaşı yaşadığını önə çəkərək gələcəkdə də Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin daim sülhün tərəfdarı olduğunu və qarşı tərəfdən də eyni yanaşmanın gözlənildiyini vurğulayıb.

Daha sonra konsert proqramı çərçivəsində tanınmış dünya və Azərbaycan bəstəkarlarının musiqiləri, o cümlədən “Monoloq” (Arif Məlikov), “Siciliana” (Giovanni Battista Perqolesi), “Yeddi gözəl” baletinin “Ən gözəl gözəl” parçası (Qara Qarayev), “Nocturne C” (Frederik Şopin), “Qəmgin vals” (Aqşin Əlizadə), “Eleci” (Sergey Raxmaninov), “Vətən balladası” (Faiq Sücəddinov) kimi əsərlər səsləndirilib.

Konsertdə ifa olunan əsərlər tədbirdə iştirak edən qonaqlar tərəfindən böyük maraqla dinlənilib. Faiq Sücəddinovun Vətən balladası qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin ifadan sonra pianoçu Nərgiz Əliyarova çıxış edərək bu musiqinin bir gün məhz bütöv Vətənin bir hissəsi olaraq Qarabağda ifa olunmasını arzu etdiyini bildirib. Daha sonra qonaqların xahişi ilə gənc skripka ifaçısı Azər Dəmirov dahi Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü VİDEO

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü VİDEO

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib