XOCALI SOYQIRIMINI TÖRƏDƏNLƏR LAYİQLİ CƏZALARINI ALMALIDIRLAR
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 17-də Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı (AQMKGT) “Xocalı ayı” çərçivəsində Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbir keçirmişdir.
AQMKGT-nın sədri Vüqar Qədirov və digər natiqlər Xocalı soyqırımından 18 il ötməsinə baxmayaraq, hələ də bu faciənin dünya miqyasında tanınmamasını vurğulamış, bu məqsədlə aparılan işlərin daha da genişləndirilməsinin zəruriliyini qeyd etmişlər. Xocalıda bir gecədə yüzlərlə günahsız dinc sakini qətlə yetirən erməni caniləri beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Vurğulanmışdır ki, AQMKGT fevralın 19-dan 24-dək Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Bərdə, Ağdam, Ağcabədi və Mingəçevirdə “Qarabağ: unudulmaz qan yaddaşımız və tarixi həqiqətlərimiz” mövzusunda tədbirlər keçirəcəkdir. Xocalıya həsr olunmuş digər tədbirlərin keçirilməsi də planlaşdırılmışdır.
Sonda təşkilatın Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dünya ictimaiyyətinə bəyanatı səsləndirilmişdir.
Bəyanatda vurğulanmışdır ki, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsinin vaxtı çatmışdır. Biz Xocalı soyqırımının törədilməsində iştirak edənlərin layiqli cəzalarını almasını istəyirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]