XOCALI VƏ LİDİÇE QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR OLACAQDIR
Praqa, 22 fevral (AZƏRTAC). Fevralın 26-da Praqada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcəkdir.
Həmin gün Xocalı və Lidiçe şəhərlərinin icra hakimiyyəti başçıları tərəfindən bu şəhərlərin qardaşlaşması barədə protokol imzalanacaqdır.
Sonra Lidiçe muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi açılacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film nümayiş olunacaqdır.
Tədbirdə Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbauch, Çexiya Parlamenti və Senatının, Çexiyadakı diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, Xocalı Şəhər İcra Hakimiyyətinin, bu ölkədəki diasporumuzun nümayəndələri və başqaları iştirak edəcəklər.
Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş, əhalisi terrora məruz qalmışdır. Xocalı və Lidiçe faciələrinin oxşarlığı Azər-Çex Cəmiyyəti tərəfindən 2007-ci il fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirilməsinə səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]