Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı: Xalqımızın sağalmaz yarası

“Ana harayı” abidəsi önündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı kədər və faciənin simvoluna çevrilib. Aradan 28 il keçsə də, Xocalı yarası sağalmır və yəqin ki, heç vaxt sağalmayacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti və texnikası ilə birlikdə Xocalı şəhərinə soxularaq insanlığa sığışmayan vəhşiliklər törətdilər. 613 insan, o cümlədən qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi.

AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycanın bütün guşələrində izdihamlı anım mərasimləri keçirilib.

Bakıda minlərlə insan "Ana harayı" abidəsinin önündən keçərək, faciə qurbanlarının xatirəsini anıblar. Xocalı soyqırımının şahidləri, həmin gecə doğmalarını itirmiş, görünməmiş əzablar yaşamış insanlar acı xatirələrini AZƏRTAC-a danışıblar. Müxbirlərimiz, həmçinin Ankaradan və Adanadan xalqımızın kədərini bölüşmək üçün Bakıya gəlmiş türkiyəli qardaşlarımızla da həmsöhbət olublar.

Müsahibələri təqdim edirik.

Teyyub Məmmədov: Fevralın 25-dən 26-na keçən gecə yaddaşımdan heç vaxt silinməyəcək. Biz həmin gecə misli görünməmiş müsibət, dəhşət yaşadıq. Evlərimizə od vuruldu. Düşmən heç kəsə - uşağa, qocaya, qadına aman vermədi. Mən həmin gecə ermənilərin törətdikləri vəhşiliklərin yüzlərlə şahidindən biriyəm. O dəhşətli hadisələr gözümün qarşısından getmir. Ermənilər uşaqları xüsusi qəddarlıqla qətlə yetirir, qız-gəlinləri əsir alırdılar. Ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxu yolda dondu, qar uçqunlarına düşdü. Həmin gecə üzləşdiyimiz müsibətləri sözlə ifadə etmək çətindir.

Bu faciə xalqımızı sarsıtsa da, onun iradəsini sındırmadı. Əminəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz torpaqlarımıza qayıdacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Tofiq Süleymanov: Xocalı xalqımızın qəlbində sağalmaz yaraya çevrilib. Həmin gecə hətta dil açmayan körpələr qətlə yetirildi. Şəhidlərimizin çoxunun məzarı yoxdur. İtkin düşən 155 nəfərindən taleyi hələ də bilinmir. Ermənilərin əsir götürdükləri insanlardan biri də mən olmuşam. Tez-tez “Ana harayı” abidəsinin önünə gələrək həmin müsibətləri kədərlə xatırlayır, düşmən tapdağı altında qalan yurdumun həsrəti ilə yaşayıram. Bu qətliam Azərbaycan xalqına vurulan ən ağır yaradır. Bu faciə dünyanın gözü qarşısında baş verib. Lakin gördüyümüz biganəlik başa düşülən deyil. Xocalı, Qarabağ ədalət gözləyir. İnanıram ki, haqq-ədalət gec - tez öz yerini tutacaq. Azərbaycan gündən-günə güclənir, ordumuz torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.

Tahirə Hüseynova: Erməni faşistləri mənim də doğmalarımı, yaxınlarımı öldürüblər. Atamı və anamı, polis əməkdaşı olan qardaşımı, əmim qızını, digər qohumlarımı itirmişəm. Xocalı soyqırımı əsrin ən dəhşətli faciəsidir. Tarixdə heç vaxt belə bir vandalizm olmayıb. Ermənilər qadınlara, uşaqlara, qocalara belə aman vermirdilər. Belə qəddarlıq, amansızlıq heç bir yerdə görünməyib.

Ulu öndər Heydər Əliyev Xocalı şəhidlərinin xatirəsini daim əziz tutur, xocalılılara diqqət və qayğı göstərirdi. Biz eyni diqqət və qayğını Prezident İlham Əliyevdən də görürük. Dövlətimizin başçısı hər il “Ana harayı” abidəsini ziyarət edir və soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır. Bu bizə çox böyük mənəvi dayaqdır. Bu kədərli gündə Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri ilə birlikdə olduqları üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdaram.

Sevda Xanlarova: Hələ ayağı yer, dili söz tutmayan körpəyə, ömrünün ixtiyar çağını yaşayan qoca-qarıya, günahsız, dinc sakinlərə necə qıymaq olar? Kimin əli gələr? Bunu erməni faşistləri 28 il əvvəl Xocalıda etdilər. Belə də qəddarlıq, vəhşilik olar? Biz Xankəndidə yaşayırdıq. Erməni quldurları ev-eşiyimizi yandırandan sonra 1988-ci ildə Xocalıya pənah apardıq. Dörd il idi orada yaşayırdıq. Soyqırımının dəhşətlərini qardaşlarım və onların ailə üzvləri də yaşayıb. Həmin gecə bir qardaşımın həyat yoldaşı qətlə yetirilib, beş uşağı yetim qalıb. Qardaşım üç gün qarlı meşələrdə qalandan sonra xilas ola bilmişdi. O biri qardaşım Murad həmin gecə 8 güllə yarası alıb. Hər dəfə bu abidənin qarşısından keçəndə, hər dəfə Xocalıdan söz düşəndə, hər ilin fevralı gələndə yaralarım qövr edir, yenidən o dəhşətli və məşum gecənin dəhşətlərini yaşayıram. Aradan 28 il keçsə də, yaralarım qaysaq bağlamaq bilmir. Təsəllimiz doğma torpaqlara qayıtmaq ola bilər. O gün gələcək və biz buna inanırıq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: Xocalı soyqırımı dünyada XX əsrdə baş vermiş ən böyük faciələrdən biridir. Erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da 613 günahsız insan qətlə yetirilib. Xocalı qətliamından 28 il keçməsinə baxmayaraq, hələ də bu faciənin səbəbkarlarının mühakimə olunmaması çox böyük ədalətsizlikdir. Hər zaman olduğu kimi açıq şəkildə deyirəm ki, Xocalı faciəsinin səbəbkarları cəzalarını almayanadək bu məsələ bağlanmayacaq. Bu yara hər zaman olduğu kimi açıqdır və faciənin səbəbkarları cəzasını almadan sağalmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın yanındayıq. Biz bir millət, iki dövlətik. Xocalı şəhidlərinə bir daha Allahdan rəhmət diləyirik.

Türkiyədən gələn Ayhan Binboya: Türkiyənin Adana vilayətindən və Ankara şəhərindən öz təşəbbüsümüzlə 50 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana gəlmişik. Məqsədimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliamı, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədənləri lənətləmək, azərbaycanlı qardaşlarımızın kədərini bölüşməkdir. Bakıdakı “Ana harayı” abidəsini ziyarət edərək, şəhidlərimizin ruhuna dualar oxuduq, qanlı faciənin şahidi olan insanların kədərlərini şərik çıxdıq. Xocalıdan olan azərbaycanlı qardaşlarımızın ağrı-acısını, kədərini bölüşməyə çalışırıq. Bu, ölkələrimizin və xalqlarımızın qardaşlığının təzahürüdür. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bizim birliyimiz könül birliyidir.

Bakıdakı 86 nömrəli tam orta məktəbin müəllimi Seyidxanım Mirzəzadə: Hər il məktəbimizin şagirdləri ilə birlikdə Xocalı parkına gələrək faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edirik. Biz 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımını unuda bilmərik. Artıq bir həftədir məktəbimizdə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirir, inşa yazı və şeir müsabiqələri təşkil edirik. Xocalı soyqırımı barədə uşaqlara məlumat veririk. Şagirdlərlə birlikdə bu abidəni ziyarət etməyi özümüzə borc bilir, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə çalışırıq.

183 nömrəli tam orta məktəbin şagirdi Əli Hüseynli: Xocalıda günahsız körpələr, bizim yaşıdlarımız qəddarcasına öldürülüb. Bu qanlı cinayət nəticəsində 76 uşaq əlil olub. Kitablardan oxuduğumuz və yaşlı insanlardan eşitdiklərimiz bizə dəhşətə gətirir. Erməni cəlladları uşaqların gözləri qarşısında onların ailə üzvlərinə işgəncələr veriblər. Onlar uşaq qatilidirlər və bunun cəzasını almalıdırlar. Mən və həmyaşıdlarım ermənilərin öldürdükləri insanların xatirəsini yad etmək üçün hər il “Ana harayı” abidəsini ziyarətə gəlirik. Biz heç vaxt bu faciəni unutmayacağıq. Çünki Xocalı soyqırımı bizim qan yaddaşımızdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq