Xorvatiyalı mütəxəssis: “Zirə” “Hayduk”la ilk oyunda iddiasını ortaya qoydu
Bakı, 30 iyul, AZƏRTAC
Düzdür, “Zirə” ilk oyunda iddiasını ortaya qoydu. Buna baxmayaraq, növbəti mərhələyə “Hayduk”un adlayacağına inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiya millisinin sabiq futbolçusu Yuritsa Vranyeş UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk” və “Zirə” komandaları arasında keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
O, azarkeş dəstəyinin Xorvatiya klubuna kömək edəcəyini bildirib: “Cavab görüşündə tribunalar dolu olacaq və azarkeş dəstəyi “Hayduk” üçün əlavə motivasiya deməkdir. Bu, komandanın mərhələ adlamasında önəmli rol oynaya bilər. Yeni baş məşqçi Qonsalo Qarsia intizamlı kollektiv qurub. Əgər onlar “Zirə”ni keçə bilsələr, bu, klub üçün yeni səhifə olacaq. Çünki Split təmsilçisi 18 ildir Avropada uğurlu çıxış edə bilmir”.
Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması iyulun 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]