Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyini ziyarət edib.
AZƏRTAC-a Dövlət Xidmətindən bildirilib ki, XRİTDX-nin şəxsi heyəti muzeydə nümayiş etdirilən Xocalı faciəsinə dair materiallarla, o cümlədən sənədlər, fotoşəkillər, Xocalı sakinlərin şəxsi əşyaları və digər eksponatlarla tanış olub. Təqdim olunan materiallar erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı cinayətlərinin mahiyyətini əks etdirir.
Ziyarət çərçivəsində iştirakçılara Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra XRİTDX-nin inzibati binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.