Yalçın Daşdəmir: Qardaş Azərbaycanda əldə olunan uğurlara sevinirik
Bakı, 1 fevral, AZƏRTAC
Yeni çağırış parlament seçkilərinin keçirilməsi Azərbaycanda islahatların davamlı şəkildə aparıldığını göstərir. Qardaş Azərbaycanda gedən siyasi prosesləri böyük diqqətlə izləyir və əldə olunan uğurlara sevinirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Daşdəmir bildirib.
O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar, gənc, savadlı kadrların yüksək vəzifələrə təyin olunmaları, həmçinin parlamentin buraxılması gənclərin öz potensiallarını göstərə bilmələri üçün əlverişli imkan yaradır. Parlament seçkilərinin şəffaf və obyektiv keçiriləcəyinə əminliyini bildirən Yalçın Daşdəmir əlavə edib ki, bu seçkilər Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirəcək.
“Azərbaycanın dünyadakı nüfuzu getdikcə artır. Bu gün Azərbaycan dünya siyasətinin müzakirə olunduğu platformaya çevrilib. Bu səbəbdən də qardaş ölkədə keçiriləcək parlament seçkiləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir”, - deyə Y.Daşdəmir vurğulayıb.
O bildirib ki, demokratik və şəffaf mühitdə keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik inkişafına əlavə təkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]