Yanvar-mart aylarında CQBK üzrə əsaslı xərclər 2,1 milyon dollar olmuşdur
Bakı, 18 may (AZƏRTAC). “bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-mart aylarında sərmayədarların Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsi üzrə əsaslı xərcləri 2,1 milyon dollar olmuşdur.
2006-cı ilin sonlarından istismarda olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana, 2007-ci ilin iyulundan isə “Şahdəniz” layihəsinin birinci fazası çərçivəsində Türkiyəyə “mavi yanacaq” nəql olunur.
Birinci rübdə CQBK vasitəsilə gündəlik 15 milyon kubmetr qaz ötürülmüşdür.
Xatırladaq ki, CQBK şirkətinin səhmdarları arasında “bp” (texniki operator) və “Statoyl” (kommersiya operatoru) hərəyə 25,5 faiz, “Azərbaycan CQBK Ltd”, “LUKoyl”, NİKO və “Total” hərəyə 10 faiz və TPAO 9 faiz iştirak payına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]