Bakı, 24 fevral, AZƏRTAC
2021-ci ilin yanvarında 776,7 ton alma ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən almanın dəyəri 281,3 min dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 3,6 milyon dollar olmaqla 8,2 min ton alma ixrac edilib.