Yanvarın 1-dən daha bir ölkənin milli valyutası avro olacaqdır
Vyana, 30 dekabr (AZƏRTAC). 2011-ci il yanvarın 1-dən Estoniya sayca 17-ci ölkə kimi rəsmən Avrozonaya daxil olacaqdır.
Məqsədyönlü şəkildə aparılmış islahatları nəzərə alaraq, Avropa Mərkəzi Bankı hələ bu ilin ortalarında Estoniyanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırmışdır. Avropada bir sıra dövlətlərin borc böhranında çabaladığı bir dövrdə aşağı həddə büdcə kəsiri və dövlət borclarına (müvafiq olaraq, ÜMD-nin 1,3 faizi və 7,2 faizi həcmində) malik Estoniya „nümunəvi şagird“ kimi dəyərləndirilir.
Ötən aylarda ölkə əhalisinin avroya qarşı münasibəti yüksək olsa da, dekabrda keçirilmiş sorğu zamanı respondentlərin yalnız 52 faizi milli valyutanın avro ilə əvəzlənəcəyinə sevindiyini bildirmişdir. Əvvəlki sorğularla müqayisədə avro təfərdarlarının azalmasına səbəb kimi ölkənin milli kimliyini özündə təcəssüm etdirən eston kronunun mövcudluğuna son qoyulması, avronun bahalaşmaya yol açacağı ehtimalı və s. göstərilmişdir.
Estoniyanın Avrozonaya daxil olduqdan sonra 1 avro 15,646 eston kronu təşkil edəcəkdir və gələcəkdə əhalidəki pul vəsaitlərini dəyişərkən bu məzənnə dəyişməz olaraq qalacaqdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:43]
Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib
- 13.05.2026 [17:18]
Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb
- 13.05.2026 [16:44]
Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb
- 13.05.2026 [16:23]
Trampın təyyarəsi Çinə eniş edib
- 13.05.2026 [16:19]
Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur
- 13.05.2026 [15:54]