Yanvarın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 0°-yə yaxın, gündüz 2-5° isti olacağı gözlənilir.
Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 millimetr civə sütunu təşkil edəcək
nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-7° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 17-22° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-2° isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.