Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan Qazaxıstanın “AMANAT” partiyasının İcra katibi Daulet Kəribekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə məlumat verib ki, “AMANAT” partiyasının nümayəndələri iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər ediblər.

Tahir Budaqov Azərbaycan ilə Qazaxıstan arasında tarixi köklərə və ortaq dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını və yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyən YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan milli maraqlara əsaslanan siyasət həyata keçirməklə türk dövlətləri arasında münasibətlərin inkişafına və Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəyərli töhfələr verirlər: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır”.

YAP Sədrinin müavini deyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yaranmış reallıqlar nəticəsində Türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib: “Ölkələrimizin birliyi Türk dünyasında tərəqqiyə xidmət edir və yeni mərhələdə birgə fəaliyyətimiz Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsinə hədəflənib”.

Azərbaycanla Qazaxıstanın hakim partiyaları arasında münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən Tahir Budaqov “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq partiyalarımız arasında əməkdaşlığın genişləndirilməsi yönündə sistemli fəaliyyətimizi uğurla davam etdiririk”,- deyə bildirib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması partiyalararası münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyacaq, çoxşaxəli əməkdaşlığın əsaslarını daha da möhkəmləndirəcəkdir: “Qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, işbirliyinin uğurla davam etdirilməsi həm partiyalar, həm də dövlətlər arasında münasibətlərin inkişafına töhfələr verəcək. Birlikdə görəcəyimiz işlər bizə yeni nailiyyətlər qazandıracaq”.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek dəvətə, yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib.

Azərbaycan ilə Qazaxıstanın qarşılıqlı faydalı işbirliyinə xüsusi əhəmiyyət verdiklərini qeyd edən D.Kəribek hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduğunu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının ölkələrimiz və bütün Türk dünyası üçün səmərəli əməkdaşlıq platforması olduğunu diqqətə çatdıran İcra katibi qeyd edib ki, TDT-nin beynəlxalq münasibətlər sistemində rolunun artırılması real strateji hədəfdir və bu istiqamətdə səylərin səfərbər edilməsi olduqca önəmlidir.

Daulet Kəribek siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli rol oynadıqlarını vurğulayaraq YAP ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanmasının tarixi əhəmiyyətə malik olduğunu bildirib. O, Memorandumda əksini tapan məsələlərin partiyalararası əməkdaşlığın əsas istiqamətlərini və ümumi hədəfləri müəyyən etdiyini diqqətə çatdırıb.

İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa dəvətə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarlığını ifadə edən Daulet Kəribek tədbirin bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin dəyəri 1,2 trilyon dollar qiymətləndirilir

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb

Tramp: ABŞ İranla dialoqda vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Tramp: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik”

“Bild”: “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

Tramp bu il Rusiyaya səfər edə bilər

Fidan: İranla yenidən münaqişənin başlaması qlobal iqtisadiyyata zərər verəcək

“Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb

“Fars”: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb

Nazir: Türkiyə regiona rəqabət deyil, əməkdaşlıq arealı kimi baxır

Tramp Çinə səfərə yola düşüb

Münəvvər Əliyeva: Uzun fasilədən sonra ilk dəfə mənfi obrazı canlandırdım

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib

“Bakı Metropoliteni” QSC-nin sədri sərnişinlərə çağırış edib

Tramp: İranla atəşkəs barədə düşünəcəyik

Baş direktor: Bakı limanında yükaşırmanın 120 min TEU-ya kimi artırılması planlaşdırılır

Bakıda ilk dəfə görkəmli Azərbaycan geoloquna həsr olunmuş geniş ekspozisiya nümayiş etdirilib

Vüsal Aslanov: Tramvayın konseptual planı hazırlanır

Ekspert: Xəzəryanı ölkələrin gəmiçiliyi nə qədər inkişaf edərsə, Orta Dəhlizin rəqabət qabiliyyəti bir o qədər artar

“Bakı Metropoliteni”nin sədri: Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər

Naxçıvanda ginekoloji müayinə aksiyasına başlanılıb

WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı problem yoxdur

ABŞ-nin İranla müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır

IDMC: Öz ölkələrində zorakılıqdan qaçan rekord sayda insan var

ADA Universiteti Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına qoşuldu

Prezident İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb VİDEO

Xalq artisti: Qraf Qloster obrazı həm mənəvi, həm də fiziki iztirabın təcəssümüdür

Nurəddin Mehdixanlı: “Kral Lir” tamaşası mənim yaradıcılıq hesabatımdır

Qazaxıstan məktəblərində süni intellekt tətbiq olunacaq

Bu saata olan əsas xəbərlər

Yubiley töhfəsi: Milli Dram Teatrında “Kral Lir”in premyerası

Alimlər bu il dünyada meşə yanğınlarının kəskin artacağı ilə bağlı xəbərdarlıq edirlər

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan film təqdim edilib VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan film təqdim edilib VİDEO

Professor: “Türk dillərinin tibbi terminoloji lüğətləri” elmi əməkdaşlıqda tarixi addımdır

İsveç millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

BMT: Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib

“Xəzərin sahilində” - intellektual çempionat

YAP nümayəndə heyəti Çində səfərdədir

ƏƏSMN və AİB arasında sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib

Rəşad Sadıqov: Kubokun finalı avrokuboklar yolunda bizim üçün son şansdır VİDEO

Rəşad Sadıqov: Kubokun finalı avrokuboklar yolunda bizim üçün son şansdır VİDEO

AQTA rəsmisi: Qurban bayramına hazırlıq işləri yekunlaşır

Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb

Britaniyalı nazir Starmerin rəhbərliyinə etiraz olaraq istefa verib

Dayanıqlı inkişafın Qarabağ modeli: Şəhərsalma və iqlim öhdəliklərinin vəhdəti – Məqalə

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib

Fərhad Abdullayev: “Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı çox dəyərli əsərdir

Şirin Məlikova: Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 18 mindən çox eksponat qorunur

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yanaşmalarını nümayiş etdirib

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir

Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub

Azərbaycan və Ukrayna uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır – rəy

Nəzakət və intellektin vəhdəti - professor Nəzakət Məmmədli

Azərbaycan və Ukrayna regional çağırışlar fonunda strateji tərəfdaşlığı möhkəmləndirir – ekspert

Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət VİDEO

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət VİDEO

Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb

Muzeyin direktoru: Azyaşlılar üçün xüsusi maarifləndirici layihələr təşkil olunur

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti VİDEO

Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti VİDEO

“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat

WUF13 Festivalı Sumqayıtda VİDEO

WUF13 Festivalı Sumqayıtda VİDEO

Ali Məclisin komitə iclasında bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb

Naxçıvanda üçəm dünyaya gəlib

Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq VİDEO

Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq VİDEO

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

AzTU komandası “Game Summit 2026”nın qalibi oldu

Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

Ekspert: Ukrayna və Azərbaycan enerji təhlükəsizliyi və infrastrukturun qorunması sahəsində əməkdaşlığı genişləndirə bilər

Ombudsman: Ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas strateji istiqamətləri Ümummilli Liderin adı ilə bağlıdır

İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

AQTA: WUF13 tədbiri zamanı qidalanmanın təşkilinə nəzarət tədbirləri görülür

Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb

Ekspert: Avropa dövlət başçılarının Bakıya səfəri Azərbaycanın Avrasiya siyasi məkanında əhəmiyyətindən xəbər verir

Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Qazaxıstan 2030-cu ilədək qeyri-xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır

Ötən mövsüm “Qarabağ”ın gəlirləri 12,7 faiz artıb

Domeniko Letisiya: Azərbaycan–İtaliya münasibətlərində yeni dövr başlayır- ŞƏRH

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər VİDEO

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər VİDEO

BMT: Qlobal qum tələbatının artması ətraf mühiti təhdid edir

“Microsoft”dan 150 min dollar qrant cəlb edən ilk Azərbaycan AI-startapı bu dəfə “Cloudflare”dən 25 min dollar alıb – MÜSAHİBƏ