YAP-ın Təftiş Komissiyasının növbəti iclası olub
Bakı, 2 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının martın 1-də növbəti iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda 2023-cü ilin birinci yarımilliyi üzrə partiyanın yerli təşkilat aparatlarında təftişin aparılmasına dair Təftiş Cədvəli barədə danışılıb və digər cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri - Nizami Səfərov, Həsən Həsənov, Musa Musayev, Cavanşir Paşazadə, Aydın Hüseynov, Naqif Həmzəyev və Məlahət İbrahimqızı gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]