Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

Bakı, 21 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü ilə əlaqədar noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində tədbir keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov YAP-ın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini qeyd edib. YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan B.Əsgərov bildirib ki, çətin tarixi şəraitdə yaranan partiya şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz qazanmış böyük siyasi təşkilata çevrilib. Yeddi yüz mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası geridə qoyduğumuz 26 il ərzində şərəfli, nümunəvi və təkrarsız bir yol keçib.

Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyasının yalnız müstəqil Azərbaycanın inkişafı, onun tərəqqisi naminə fəaliyyət göstərdiyini qeyd edən nümayəndəliyin rəhbəri tarixə nəzər salaraq o dövrün çətinliklərindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin siyasi liderliyi əhatəsində yaranmış Yeni Azərbaycan Partiyasının hakim siyasi təşkilat-iqtidar partiyası kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər, ölkəmizin dünya siyasi arenasında özünəməxsus mövqeyini gücləndirməsi, müasir dövlətçiliyimizin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda, eləcə də milli ordu quruculuğu sayəsində əldə olunmuş uğurlu nəticələrdən bəhs edib. Həmçinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət kursu nəticəsində qazanılmış yeni-yeni uğurlardan söz açıb.

Bildirilib ki, Azərbaycan Respublikasının dərin böhran şəraitində olduğu bir vaxtda xalqımızın iradəsi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi rəhbərliyə qayıdışı müasir tariximizin ən mötəbər, şərəfli səhifələrindəndir. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, təməlli müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın tam təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Heydər Əliyev lideri olduğu partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmətin nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Bu gün Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, xalqımızın tükənməz hörmətini, rəğbətini qazanması, sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirməsi, dünyəvi və regional proseslərdə daim ön cərgədə dayanması, xalqımızın maraq və mənafelərinin təminatı məsələsində daim özünə güvənməsi ilə ümumxalq partiyası olduğunu bir daha sübut edib və etməkdədir. Yeni Azərbaycan Partiyası beynəlxalq mühitdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edərək ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində çox mühüm işlər görür. Bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyanın siyasi təşkilatları arasında nüfuzunu artırır, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqımızın bu partiyanın ideoloji xəttinə dəstəyini daha da artırır, siyasi mövqeyini gücləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.

Nümayəndəliyin rəhbəri Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikasında keçirilmiş təsis konfransından ötən dövr ərzində ölkəmizdə baş vermiş mühüm hadisələrdən danışıb, cəmiyyətimizin ictimai-siyasi həyatında bu partiyanın nə qədər böyük işlər gördüyünü faktlarla əsaslandırıb. O, həmçinin vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın gündəlik həyatını kökündən dəyişməklə, həyat səviyyəsini yüksək səviyyəyə çatdırmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən doğma Azərbaycanın hər guşəsinin, eyni zamanda, uzun illərdir ki, blokadadan əziyyət çəkən, buna baxmayaraq, əzmkar insanlarının, şəxsən Ali Məclisin Sədri Vasif Talıbovun gərgin zəhməti ilə gündən-günə inkişaf edən Naxçıvan Muxtar Respublikasının siyasi-iqtisadi həyatında yeni mərhələnin əsasını qoyub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası hər zaman dahi liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayacaq. Sıralarını daim zənginləşdirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası olaraq xalqımızın həyatında öz sözünü deməyə qadir partiya kimi bundan sonra hələ daha neçə on illər öz mövqeyini qoruyub saxlayacaq.

“Təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın ildönümləri yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatı onun İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif tədbirlər təşkil edib. Muxtar Respublika Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edən, gözəlləşən və güclənən Naxçıvan Muxtar Respublikası vaxtilə qoynunda ilk qurultayına qucaq açdığı Yeni Azərbaycan Partiyasının 26 illiyini müxtəlif tədbirlərlə qeyd edir”, -deyə B.Əsgərov bildirib.

“Müasir müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun uzun illərdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının qarşısında qoyduğu tələblərin qısa müddətdə, yüksək keyfiyyətlə icra edilməsini Naxçıvanda yaşayan fədakar insanların Heydər Əliyev siyasi məktəbinə, Azərbaycan dövlətçiliyinə sədaqətinin, ona ləyaqətlə xidmətinin yüksək nümunəsi hesab edən daimi nümayəndəliyin rəhbəri bundan sonra da partiyanın prinsipləri və Nizamnaməsinə həssaslıqla yanaşılmasının, onun rəhbər tutulmasının zəruri olduğunu vurğulayıb.

Tədbir digər çıxışlarla davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir