YAP Mərkəzi Seçki Qərargahının şimal bölgəsi rayon şöbələrinin müşavirəsi keçirilib
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon şöbələrinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantısı keçirilib. Bu barədə YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Partiyanın Quba rayon təşkilatının qərargahında keçirilən müşavirədə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək Milli Məclisə növbəti seçkilərə hazırlıqla bağlı görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
YAP icra katibinin müavini Mübariz Qurbanlı müşavirədə iştirak edib.