YAP Tərtər rayon təşkilatının üzvləri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər
Tərtər, 21 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri ilə görüşlərini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının üzvləri Vətən müharibəsi şəhidləri Qubad Hacıyevin və Şamil İsmayıllının ailələrini ziyarət ediblər. Görüş zamanı YAP rayon təşkilatının sədri Ramiz Şabanov və Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıblar.
Şəhid ailələri ilə görüşlər zamanı onların problemləri ilə maraqlanılıb və kömək göstərilib.
Hər iki şəhidin valideyni şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid Qubad Hacıyevin doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.