YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər Rayon Təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vəliyev Müslüm Vəliağa oğlunun ailəsini ziyarət ediblər.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.
Yeni Azərbaycan Partiyasının nümayəndələri qeyd ediblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]