Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya fəlakəti və ya yapon xalqının faciəni qarşılamaq və onu aradan qaldırmaq dərsi

Bakı, 16 mart (AZƏRTAC). Artıq 5 gündür ki, bütün dünyanın diqqəti Yaponiyaya yönəlmişdir.

Martın 11-də Yaponiya tarixində baş vermiş ən güclü zəlzələ və onun ardınca yaranmış nəhəng sunami ölkəyə indiyə qədər görünməmiş ziyan vurmuşdur. Ölkə iqtisadiyyatına dəyən zərər, onun aradan qaldırılması, müəssisələrin, yolların və digər infrastrukturun bərpası üçün lazım olan vəsait hələ bundan sonra hesablanacaq və şübhəsiz ki, astronomik rəqəmlərlə ifadə olunacaqdır. Qeyd edək ki, 1995-ci il yanvarın 17-də Honsü adasında 7,5 bal gücündə baş vermiş zəlzələ 6300 insanın tələfatı ilə nəticələnmiş, ölkəyə ümumilikdə 130 milyard dollar zərər dəymişdi.

Yapon xalqına müraciətində Baş nazir Naoto Kan bildirmişdir ki, ölkə II Dünya müharibəsindən bəri ən dəhşətli böhran dövrünü yaşayır və o, vətəndaşları “milli fəlakətə qarşı birliyə” çağırmışdır.

Demək olar ki, belə nəhəng fəlakət bir tərəfdən müasir təsərrüfat sisteminin və infrastrukturun zəifliyini nümayiş etdirdi. Lakin, eyni zamanda, vurğulamaq lazımdır ki, bu, Yaponiya dövlətinin, cəmiyyətinin və milli iqtisadiyyatın möhkəmliyini və çevikliyini göstərdi.

Gəlin unutmayaq ki, təbii fəlakət Yer kürəsinin əhalinin ən sıx yerləşdiyi ərazisində - Honsü adasında baş vermişdir. Burada 230 min kvadratkilometr ərazidə 100 milyon insan yaşayır, 1 kvadratkilometr torpaq sahəsinə isə 435 nəfər düşür.

Öz gücünə görə tayı-bərabəri olmayan zəlzələ dünyanın Tokio və Osaka kimi nəhəng meqapolislərində heç bir dağıntı yarada bilmədi, nəqliyyat və enerji kollapsları baş vermədi, nəhayət heç bir çaxnaşma, təlaş yaşanmadı. Göydələnlər bu zərbələrə sinə gərdi, yeraltı təkanların və sunaminin yaratdığı faciəyə baxmayaraq, yaponlar soyuqqanlılıqlarını itirmədilər, mütəşəkkil formada öz evlərini və ofislərini tərk edərək daha təhlükəsiz yerlərdə toplaşdılar.

Fövqəladə xidmət və ordu vaxtında zərərçəkənlərin köməyinə gələrək, bacardığı qədər onlara yardım etdi. Dərhal faciə yerinə baş çəkən Baş nazir, hakimiyyətin gücünün nümayişindən çox, insanların dərdinə səmimi şərik çıxması ilə diqqəti cəlb etdi.

Gəlin belə bir həqiqəti etiraf edək ki, bu gücdə faciə dünyanın hər hansı ölkəsində baş versə idi, həlak olanların sayı qat-qat çox olardı. Məsələn ötən ilin yanvarında Haitidə daha az - 5,9 və 7 bal gücündə baş vermiş zəlzələlər zamanı 220 min, 2004-cü ilin dekabrında Cənub-Şərqi Asiyadakı sunami zamanı ümumilikdə 230 min insan tələf olmuşdu. 2005-cu ildə Pakistanda, 2008-ci ildə Çində baş vermiş təbii fəlakətlər zamanı müvafiq qaydada 76 min və 87 min insan həlak olmuş, hər iki ölkənin iqtisadiyyatına milyardlarla dollar zərər dəymişdi. Hətta 2005-ci ilin avqustunda ABŞ-dakı “Katrina” qasırğasının vurduğu ziyanın aradan qaldırılması zamanı zərərçəkənlərə yardım göstərilməsi və qayda-qanun yaradılmasının təşkilini də Yaponiya ilə müqayisə etsək, vəziyyət ikincinin xeyrinə olacaqdır.

Fikrimizcə, digər ölkələrlə müqayisədə Yaponiyanın daha az zərər çəkməsi bu xalqın milli xüsusiyyətlərindən irəli gəlir. Yaponlar hər zaman, necə deyərlər “vulkan üzərində yaşadıqlarını” yaxşı xatırlayırlar və buna görə də öz nəqliyyat və tikinti texnologiyalarını daim təkmilləşdirərək belə təbii fəlakətlərdən daha az ziyanla çıxmağa nail olurlar.

Təsadüfi deyil ki, məhz bunun nəticəsində bünövrəsi 7,5 bal gücündə zəlzələyə hesablanmış müasir göydələnlər davam gətirdiyi halda, köhnə evlər kiçik zərbələrə belə dözə bilməyərək dağıldı.

Bundan başqa, bütün yaponlar hər il sentyabrın 1-də “Kanto günü”ndə fövqəladə hallarda hansı hərəkətləri yerinə yetirməli olduqlarını məşq edir, öz bacarıq və vərdişlərini möhkəmləndirirlər. 1923-cü ilin həmin günündə baş vermiş zəlzələ nəticəsində 143 min insan həlak olmuş və o vaxtdan başlayaraq bu gün dediyimiz qaydada qeyd edilir. Əgər buraya fövqəladə hallar zamanı yaponların ənənəvi qapalılıqdan uzaqlaşmasını, daxili intizamının, məsuliyyətliliyinin və heyranedici həmrəyliyinin qüvvətlənməsini əlavə etsək hər şey aydın olar. Məhz bütün bunlar xalqı sıx birləşdirir, əsl vətənpərvər qüvvəyə çevirir, çətin saatlarda fədakarcasına çalışaraq dağıntıları aradan qaldırmağa imkan yaradır.

Ölkənin tamamilə dağıntılara məruz qaldığı, ABŞ təyyarələrinin bombardmanından sonra 3 milyondan çox insanın həlak olduğu 1923-cü ilin dəhşətli zəlzələsindən, II Dünya müharibəsindən sonra da belə olmuşdur, indi də belə olacaqdır. Məsələn, II Dünya müharibəsindən 3 il sonra xaricdən cüzi yardım alan Yaponiya 1949-1951-ci illər ərzində sənayenin istehsalını 2 dəfə artırmağa nail oldu.

Zənnimizcə, Yaponiyada baş vermiş faciə bir daha təsdiq etdi ki, qabaqcıl ölkənin inkişaf etməkdə olan ölkələrdən fərqi yalnız ÜDM-nin həcmində, yeni texnologiyaların tətbiqində, adambaşına düşən gəlirdə yox, insan həyatına verilən qiymətdə, dövlətin və cəmiyyətin onun qorunması üçün heç bir vəsait sərfindən çəkinməməsindədir.

Bununla yanaşı, Yaponiya hökumətinin Atom Elektrik Stansiyalarında baş verənlərlə bağlı nümayiş etdirdiyi informasiya aşkarlığı da mühüm rol oynayır.

Vüqar Ağayev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur