Yaponiya hökuməti cari maliyyə ili üçün rekord məbləğdə əlavə büdcəni təsdiq edib
Tokio, 27 noyabr, AZƏRTAC
Yaponiya hökuməti cari maliyyə ili üçün rekord məbləğdə 36 trilyon yen (314 milyard dollar) məbləğində əlavə büdcəni təsdiq edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, həmin vəsaitin əsasən iqtisadiyyatın və əhalinin dəstəklənməsinə sərf ediləcəyi bildirilir. Həmçinin bu məbləğin bütün ölkə tarixində rekord məbləğdə əlavə büdcə olduğu vurğulanır.
Xatırladaq ki, Yaponiya hökuməti keçən həftə iqtisadiyyatı və əhalini pandemiya dövründə dəstəkləmək üçün təqribən 78,9 trilyon yen (691,6 milyard dollar) məbləğində yeni tədbirlər paketini təsdiq edib. Həmin məbləğin 55,7 trilyon yeni (488,2 milyard dollar) dövlət büdcəsindən, 23,2 trilyon yeni (203,3 milyard dollar) isə özəl investisiyalar hesabına formalaşacaq. Onun mütəxəssislərin gözləntilərini iki dəfəyə yaxın üstələdiyi qeyd edilir.
Bu vəsaitin koronavirusun yayılmasının qarşısının alınmasına, sosial-iqtisadi fəaliyyətin bərpasına, əhalinin və biznesin müxtəlif tələbatının stimullaşdırılmasına yönəldiləcəyi bildirilir. Bununla yanaşı yaşı 18-ə çatmayan şəxslərin hər birinə 100 min yen (880 dollar) məbləğində yardımın göstərilməsi nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]