YAPONİYA İRAQIN BORCUNUN 6,1 MİLYARD DOLLARINI SİLMİŞDİR
6,1 milyard dollar İraqın Yaponiyaya borcunun 80 faizini təşkil edir. Kredit verən aparıcı dövlətlərin Paris klubunun üzvü olan ölkələr İraqın milli iqtisadiyyatının dirçəldilməsində Bağdada kömək etmək məqsədi ilə bundan əvvəl onun xarici borcunu məhz bu məbləğdə azaltmaq barədə razılaşmışdılar. Bu birlikdə İraqın borcunun xeyli hissəsi Yaponiyanın payına düşür. Bağdad borcunun qalan 20 faizini 6 illik möhlətlə 23 il ərzində ödəyəcəkdir.
Borcun hesabdan silinməsi İraqa kreditlər verilməsi üçün yol açır. Tokio gələn ilin martınadək bu ölkəyə ümumən 3,5 milyard yen (29 milyon dollardan çox) borc vermək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]