Yaponiya koronavirusun müalicəsi üçün dövlət yardımını ləğv edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Yaponiya hökuməti mart ayından başlayaraq, COVID-19 infeksiyasının müalicəsi üçün dərmanlara və xəstəxana xərclərinə görə subsidiyaları dayandırmaq qərarına gəlib.
AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, ölkədəki adi tibbi xidmətlərdə olduğu kimi, koronavirusa yoluxmuş xəstələr öz hesablarına müalicə olunacaq.
İndiyədək COVID-19 xəstələrinin dərman xərcləri tam olaraq dövlət tərəfindən ödənilirdi. Hökumətin yeni planına əsasən, ciddi simptomların qarşısını almaq üçün qəbul edilən “molnupiravir” preparatının alışı dövlət sığortası hesabına 30 faizə başa gələcək. Xəstəxanaya yerləşdirmə xərcləri üçün subsidiyalar da gələn ay başa çatacaq.
Hökumət, həmçinin epidemioloji vəziyyətindən asılı olaraq, koronavirus xəstələri üçün ayrılmış böyük xəstəxanalara ödənişləri ləğv edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]