Yaponiya uçan avtomobillərin istehsalına başlayıb
Bakı, 8 mart, AZƏRTAC
“Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.
Salonda üç oturacağı olan “Skydrive SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir.
Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir. 2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]