YAPONİYA VƏ ABŞ ALİMLƏRİ KOSMİK “FÖVQƏLŞÜALARI” ÖYRƏNMƏYƏ BAŞLAYIRLAR
Tədqiqatçıların fikrincə, bu şüaların mövcudluğunun sübuta yetirilməsi Eynşteynin nisbilik nəzəriyyəsini puça çıxara bilər.
Gələn ilin yazında Yuta ştatının paytaxtı Solt-Leyk-Sitidən 200 kilometr cənub-qərbdə 760 kvadrat kilometr sahədə “teleskopik vadi” fəaliyyət göstərəcəkdir. Orada naqilsiz rabitə ilə birləşdirilən 576 qəbuledici qurğu yerləşdiriləcəkdir. Bu qurğular kosmik şüaları qeydə alacaq və onların təbiətini araşdıracaqdır. Müşahidələr və tədqiqatlar bir neçə il ərzində aparılacaqdır.
Hazırda kosmik “fövqəlşüalar”ın mövcudluğu məsələsi barədə bir-birinə tamamilə zidd olan iki fikir var. Tokio Universitetinin tədqiqatçıları son 13 ildə bu şüaların 11 dəfə qeydə alındığını bildirirlər. Lakin Yuta Universitetinin fizikləri onları bir dəfə də olsun “tuta” bilməmişlər.
Elmi mübahisəni həll etmək üçün alimlərin Yaponiya-ABŞ birgə qrupu təşkil olunmuşdur. “Teleskopik vadi”nin yaradılması və onun təchizatı təxminən 10 milyon dollara başa gələcəkdir. Bu məbləğin çox hissəsini Yaponiya tərəfi ayıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]