Yaponiya və Rusiya arasında sülh müqaviləsi barədə məsləhətləşmələr keçiriləcək
Tokio, 17 iyun, AZƏRTAC
Yaponiya hökuməti cari ayda Rusiya ilə Cənubi Kuril problemi və sülh müqaviləsi barədə daha ətraflı danışıqlar aparmağa ümid edir. Bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida Tokioda təşkil edilən mətbuat konfransı zamanı məlumat verib.
Nazir bildirib ki, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı məsləhətləşmələr iyunun 22-də Tokioda keçiriləcək. F.Kişidanın sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Ümid edirik ki, həmin görüş zamanı Yaponiya və Rusiya liderlərinin əvvəlki danışıqlarının nəticələri əsasında şimal torpaqları və sülh müqaviləsi ilə bağlı müsbət istiqamətli və ətraflı müzakirələr aparılacaq”.
Nazirin bildirdiyinə görə, qarşıdakı məsləhətləşmələrdə Rusiya xarici işlər nazirinin müavini İqor Merkulov və Yaponiya hökumətinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Tikahito Harada iştirak edəcəklər.
Məsləhətləşmələrin keçirilməsi barədə razılıq Rusiya Prezidenti V.Putinin Yaponiyanın Baş naziri Ş.Abe ilə Soçidə mayın əvvəllərində baş tutmuş görüşü zamanı əldə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]